Elm və təhsil
Gələn il müəllimlərin ƏMƏK HAQQI arta bilər - ANALİZ
Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəriciləri açıqlanıb və gələn il üçün nəzərdə tutulan xərclər üzrə siyasətin əsas istiqamətləri müəyyənləşdrilib. Bu istiqamətlərdən biri də təhsil xərclərinin, o cümlədən, dövlət sifarişi ilə ali təhsil alanların, təqaüd kvotasının artırılmasının və tələbə kreditinin maliyə təminatı, təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan təlabatın qarşılanması iə bağlıdır.
Bu məsələni Publika.az-a şərh edən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu xərclər sayəsində gələn ildən etibarən müəllimlərin əmək haqqının ciddi şəkidə artırılması nəzərdə tutulub:
Hər il orta və ali təhsil müəssisələrinə şagird-tələbə qəbulu zamanı dövlət sifarişli plan yerlərinin çoxaldığını deyən ekspert vurğuladı ki, gələn il də bu proses davam edəcək və dövlət sifarişi ilə oxuyanların sayı artacaq:

“Bu məsələlərin həll olunması, eyni zamanda təhsil əlçanlılığının təmin olunması prezident İlham Əliyev tərəfindən Elm və Təhsil Nazirliyi və Dövlət İmtaham Mərkəzi qarşısında qoyulan prioritet məsələdir. Bunlar nəzərə alınaraq dövlət tərəfindən Tələbə Təhsil Krediti Fondu yaradıldı. Hər il olduğu kimi, gələn il də Fond hesabına maddi problemləri olan və təhsil ala bilməyən tələbələr təhsillərini davam etdirə biləcəklər. Artıq bu istiqamətdə müəyyən işlər görülür. Bu sahəyə dövlət büdcəsindən əlavə vəsaitin ayrılması əsas məsələlərin həllinə imkan verir”.
Ekspertin sözlərinə görə, növbəti ildə tələbə krediti məbləğində artım baş verə bilər:
“Hətta əhatəlili dərəcədə arta bilər, yəni əvvəl krediti 1000 nəfər ala bilirdisə, gələn il 1500 tələbə bunu ala biləcək. Tələbələrə kredit güzəştlərinin tətbiqi yalnız bir halda mümkün ola bilər. Çox güman ki, akademik göstəriciləri yüksək olanlara faiz hesablanmasın. Hətta qırmızı diplom alan tələbələrə kredit ödənişləri bağışlana bilər”.
Hökumətin təkcə bu islahatlarla kifayətləməyəcəyini deyən E.Əfəndi vurğuladı ki, ali və orta təhsil müəssisələrində infrastrukturun yaxşılaşdırılması, əsasən də informasiya texnologiyalarının tətbiqi əsas istiqamət kimi müəyyənləşib:
"Yəni, yeni məktbələr tikiləcək, kompüter avadanlıqları alınacaq və s. Ümid edirəm ki, qarşıdakı illərdə bu istiqamətdə müəyyən uğurların şahidi olacağıq. Bundan başqa “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” əsasında azərbaycanlı tələbələrin xarici ölkələrdə həm ali, həm də magistatura təhsili almaları üçün dövlət tərəfindən göstərilən maddi dəstəyin artırılması nəzərdə tutulub. Xarici göndərilən tələbələrin 80 faizi magistatura pilləsi, 20 faizi isə bakalavr pilləsi üzrə təhsil alırlar. Düşünürəm ki, bütün bunlar dövlət tərəfindən təhsilin inkişafına diqqətin əsas göstəricisidir”.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO









.jpg)
























