Elm və təhsil
Şeirlərim öz maymaqlarımızın əliylə ermənilərə ötürülübsə... - Aqşin Yenisey
Mənim nə Ermənistanda, nə də dünyanın hansısa başqa bir ölkəsində çap olunmaq deyə şəxsi bir dərdim, azarım yoxdur. Ədəbi ərgənlik komplekslərimi çoxdan aşmışam. Şeirlərimin Ermənistanda tərcümə və çap olunmasından da Günel Mövludun məlum paylaşımından sonra xəbər tutmuşam.
Publika.az xəbər verir ki, bunu Bakupost.az -a yazıçı, şair Aqşin Yenisey, şeirlərinin Ermənistanda antalogiyaya salınması xəbərinə münasibət bildirərkən deyib.
Şair bildirib ki, bu barədə əvvəlcədən ona heç kim müraciət etməyib:
“Əlbəttə, sənətin sülhə, insanlığa xidmət etməsi, bəşəri məzmun daşıması ta antik çağdan məlum olan bir düşüncədir. Amma sənətçinin də belə bir öhdəliyi varmı? Axı biz filosof Sokratın həm də əsgər Sokrat olduğunu bilirik, Nitsşenin könüllü olaraq cəbhəyə yollandığından da xəbərimiz var. Yazıçı kimi üzünü dünya insanına tutan Dostoyevski, millətçi kimi həmin insana arxasını çevirmirdimi? İki oğlunu vətən uğrunda cəbhəyə yola salan da psixiatr Freyd deyildi, vətəndaş Freyd idi. Mənim şeirlərimi əgər erməni müəlliflər özümə demədən internetdən götürüb çap ediblərsə, bu etik deyil, çünki nə mən ölü müəllifəm, nə də Azərbaycanla Ermənistan arasındakı mədəni əlaqələr o səviyyədədir. İndi mən hardan bilim ki, az qala, yarım əsrdir müharibə vəziyyətində olduğumuz bir xalqın müəllifləri mənim misralarımı İrəvanda kefləri istədikləri kimi dəyişməyiblər və dəyişiblərsə bu şeirlər bir gün Qarabağda ermənilər tərəfindən yaxınları qətlə yetirilən azərbaycanlıların əlinə keçsə onların ittihamlarına kim cavab verəcək? Yox, əgər bu şeirlər mənə müraciət olunmadan öz maymaqlarımızın əliylə ermənilərə ötürülübsə, bu artıq ermənicə desək, milli “porrnik”likdir. Bir yazı adamı kimi mən də iki xalqın sülhə gəlməsinin, bir-biriləri ilə milli ehtiraslar üzərindən deyil, dünyəvi dəyərlər üzərindən qonşuluq etməsinin tərəfdarıyam. Amma müəllifinin xəbəri olmadan onun şeirlərini tərcümə və çap etməyin, hətta antologiyaya salmağın özü dünyəvi dəyərlərə hörmətsizlikdir. Oğurluq yolu ilə dost olmaq, sülhə gəlmək mümkündürmü? Çox istəyərdim ki, o antologiyanı hazırlayan erməni müəlliflər əvvəlcə bu suala cavab axtarsınlar”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)



























.jpg)
.jpg)

