Elm və təhsil
İnsan beyni ilə bağlı sensasion iddia: Nəsildən-nəslə böyüyür
Yeni araşdırmalar göstərir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demans riskini azalda bilər.
Publika.az xəbər verir ki, yaşı 55-65 arasında olan üç mindən çox amerikalının beyninin təsviri ilə aparılan araşdırma 1970-ci illərdə doğulanların ümumi beyin həcminin 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha böyük olduğu məlum olub.
Yaddaş və öyrənmədə mühüm rol oynayan beyinin hipokampus adlanan xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillər ərzində həcmcə genişlənib. Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz DeKarli deyib ki, insanların doğulduğu dövr onların beyin ölçüsünə və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir göstərir:
“Genetika beyin ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır, lakin əldə etdiyimiz nəticələr göstərir ki, sağlamlıq, sosial, mədəni və təhsil faktorları kimi xarici təsirlər də rol oynaya bilər. Bu, bütün dünyada on milyonlarla insana təsir edir və dünya əhalisinin qocalması ilə yaxın üç onillikdə xəstəliyin diaqnozu üç dəfə artacaq. Gənc nəsillərdə demensiyanın mütləq riski, ehtimal ki, daha sağlam həyat tərzi və tərbiyə sayəsində azalır”.
Aysel Şahmar
-
ABŞ22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?








































