Elm və təhsil
İbtidai sinif müəllimlərinin 20 faizi yüksək nəticə göstərib - Nazir
Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif müəllimlərinin 20 faizi, yəni 6238 nəfər 51 bal və daha yüksək nəticə göstərib.
Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, həmin müəllimlərin vəzifə maaşına 35 faiz əlavə tətbiq olunur:
"Prosesdə, ümumilikdə 31 852 ibtidai sinif müəllimi iştirak edib. Onların 86 faizi, yəni 21 141 nəfəri isə qənaətbəxş nəticə göstərib, yəni tələb olunan minimum 30 balı toplayıb. Həmin müəllimlərin əməkhaqqına 10 faiz məbləğində əlavə tətbiq edilir. Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib".
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar





































