Elm və təhsil
Kəsilən 4 min müəllimin yerinə sentyabrda işə kim gələcək?
Serfikasiya ilə bağlı fikirlərim birmənalı olmasa da, hər halda müəllimlərin sertfikasiyadan keçirilməsi onların məsuliyyətini artırır.
Publika.az xəbər verir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov “Demədi Demə” Yutub kanalının “Qara-qırmızı” layihəsində qonaq olarkən deyib.
Azərbaycanda təhsilin ən böyük sahə olduğunu bildirən sabiq nazir sertfikasiya nəticələrindən narazılığını da ifadə edib:
“Bir müddət əvvəl təhsil naziri 4 min müəllimin sertfikasiyadan keçmədiyini açıqladı. Bu, olduqca narahatedici məqamdır. Niyə 4 min müəllim kəsilməlidir? Çıxan o qədər müəllimin yerinə sentyabrda məktəbə kim gələcək? Gələn il bundan yaxşı olacaqmı? İstər təhsil sahəsi, istərsə də digər sahələrdən olan insanın əmək fəaliyyətinin qiymətləndirilməsi ümumiyyətlə həssas və çox ciddi məsələdir. O sualları yazan kimdir? 450 min rəqəminin sözlə yazılmasının müəllimin biliyinə nə aidiyyatı var? Bu cür imtahanlarla ömrünü məktəbə həsr eləmiş müəllimlərin təhsil müəssisələrindən kənarlaşdırılması düzgün deyil”.
O, sovet təhsil sistemində bəzi mühüm ixtisasların mövcud olmadığını xatırladaraq, bunun bugünkü təhsil sistemindəki roluna toxunub:
“Qiymət verərkən gündəliyə yox, insanın prosesdəki fəaliyyəti diqqətə alınmalıdır. O zaman müəyyən elədik ki, dünyada diaqnostik, formativ, summativ qiymətləndirmələr var. Bunun hansının mahiyyətinin nə olduğunu aydınlaşdırmaq üçün çalışdıq. Müəllim bir müddət müşahidə aparıb, sinifdəki uşaqların fənn üzrə nə qədərinin hansı potensialda olduğunu aydınlaşdırmalı, formativ qiymətləndirmə əsasında isə onların hansı mühitdə, psixologiyada yetişdiyini müəyyənləşdirməli, təhsildə irəliləməsinə əngəl olan məqamları üzə çıxarıb, onun əsasında qiymətləndirmə aparmalıdır”.(Axar.az)
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT








.jpg)





























