Elm və təhsil
Bu il keçid balları artacaq? - DİM-dən AÇIQLAMA
Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq.
Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".
V.Misirov qeyd edib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".
DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir: "Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq".
-
Sosial10:0210 nömrəli avtobusla bağlı şikayət: "1 saatdır yoldayam"
-
İqtisadi gündəm09:32Rubl ucuzlaşdı - MƏZƏNNƏ
-
Nəqliyyat08:24Paytaxt yollarında tıxac yarandı - SİYAHI
-
Hadisə08:00Goranboyda sursat anbarında partlayış baş verdi - VİDEO/YENİLƏNDİ
-
Dünya07:30Hamilə bloqeri ağaca bağlayıb yandırdılar
-
Magazin106:16“Elə bil, bütün kişilər tək bir qadınla evlənir”
-
Hadisə04:14Şamaxıda zəlzələ oldu
-
Sosial01:41Bakının bir sıra əraziləri işıqsız qalacaq







































