Elm və təhsil
Bu universiteti seçənlərin DİQQƏTİNƏ: Yaxın zamanda... - VİDEO
“Qarabağ Universitetini seçən abituriyentlərin sayının gözləniləndən çox olması hər kəsi təəccübləndirdi. Çünki bu haqda cəmiyyətdə bir sıra aydın olmayan məqamlar var idi”.
Publika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Ramin Nurəliyev “Yeni Sabah”a deyib. O, yeni universitetə niyə bu qədər maraq göstərilməsinin səbəbini açıqlayıb:
“İxtisas seçimi mərhələsində diqqətimi cəlb edən məqamlardan biri də Qarabağ Universiteti oldu. Öncədən bu ali təhsil ocağı barədə ictimaiyyətdə bəzi narahatlıqlar var idi. Xankəndidə universitetin açılması, orada yaşam vəziyyəti, ümumi universitetin necə olacağı, inkişaf mərhələsi və s. kimi düşündürən amillər mövcud idi. Ancaq seçimdə biz bunun tamamilə əksinə şahid olduq. Çox gözəl aura ilə qarşılaşdıq. Yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetini seçməsi olduqca müsbət haldır”.
Ekspert onu da vurğulayıb ki, növbəti illər ərzində Qarabağ Universiteti paytaxt universitetləri ilə kəskin rəqabətə başlayacaq:
“Bir çox müraciət edənlər var idi ki, Bakıda yerləşən universitetlərə düşmə imkanları olsa da, Qarabağ Universitetində təhsil almağı seçirdilər. Özüm də bunun şahidi olmuşam. Bu təbii ki, çox sevindiricidir. Universitetə və dövlətə olan inamın bir nümunəsidir. Düşünürəm ki, sözügedən ali təhsil ocağı növbəti illərdə Bakıdakı bir çox universitetlərlə ciddi şəkildə rəqabətə girəcək. Bunu rahatlıqla demək mümkündür. Çünki hazırda olan seçimlərdən, müsabiqə nəticələrindən də göründüyü kimi, Qarabağ Universitetinin seçim balları heç də aşağı səviyyədə deyil. Hətta hüquq ixtisasının keçid balını biz 500-dən aşağı təsəvvür etsək də, 550 bala qədər gəlib çatdı. Ona görə də, düşünürəm ki, bu universitet bir neçə il sonra paytaxt ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələri ilə ciddi rəqabət aparacaq”.
-
Hadisə04:14Şamaxıda zəlzələ oldu
-
Hadisə02:42Goranboyda güclü yanğın başladı - VİDEO
-
Sosial01:41Bakının bir sıra əraziləri işıqsız qalacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazana bilərsiniz
-
Hadisə1 Sentyabr 23:12Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
-
Sosial1 Sentyabr 22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO
-
Magazin21 Sentyabr 21:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin21 Sentyabr 21:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?




















.jpg)

















