Elm və təhsil
Diplomun tanınması üçün vacib məqam - Agentlik AÇIQLADI
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən tanınma üçün təqdim olunan ali təhsil sənədləri (diplom və ona əlavə transkript) “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın (Haaqa Konvensiyası) tələblərinə uyğun olaraq sənədi təqdim edən ölkənin səlahiyyətli qurumu tərəfindən apostil şəhadətnaməsi (möhürü) ilə təsdiq olunmalıdır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Publika.az-a bildirilib ki, həmin Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil şəhadətnaməsi (möhürü) sənədi imzalamış səlahiyyətli şəxsin imzasının həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.
Konvensiyanın müvafiq əlavəsinə əsasən, apostil şəhadətnaməsinin (möhürü) 2-ci bəndində sənədi imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün aid olduğu müəssisənin adı qeyd olunmalıdır.
Apostil şəhadətnaməsi (möhürü) tanınma üzrə müraciətlər zamanı təqdim olunan təhsil sənədlərinin yalnız əslinə vurulmalı və sənədi imzalamış yüksək səlahiyyətli şəxsin imzası təsdiq olunmalıdır. Sənədlərin “əsli ilə düzdür”, həmçinin notarial qaydada təsdiq olunmuş nüsxələrinə vurulmuş apostil şəhadətnaməsi (möhürü) qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün icraata götürülmür.
-
Hadisə04:14Şamaxıda zəlzələ oldu
-
Hadisə02:42Goranboyda güclü yanğın başladı - VİDEO
-
Sosial01:41Bakının bir sıra əraziləri işıqsız qalacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazana bilərsiniz
-
Hadisə1 Sentyabr 23:12Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
-
Sosial1 Sentyabr 22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO
-
Magazin21 Sentyabr 21:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin21 Sentyabr 21:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?




















.jpg)

















