Elm və təhsil
“Azərbaycan memarlıq irsinin dühası” kitabı təqdim edildi - FOTO
Mayın 8-də Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi və Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında müvafiq Sərəncamlarına əsasən keçirilmişdir.
Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iki gündən sonra anadan olmasının növbəti ildönümü qeyd ediləcək Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin “Türk dövlətləri arasında əməkdaşlıq nə qədər güclü olarsa, xalqlarımız da bir o qədər güclü olar” kəlamını xatırladıb.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən layihələr, o cümlədən təqdim olunan bu nəşr məhz həmin ideyaya – türk xalqlarının ortaq mədəni dəyərlər ətrafında daha sıx birləşməsinə xidmət etdiyini bildirib.
Fondun prezidentinin sözlərinə görə, 2025-ci il dekabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilən Türk Dilləri Ailəsi Günü çərçivəsində Əcəmi Naxçıvaninin 900 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Tədbir zamanı sözügedən kitabın təqdimatı keçirilib, eyni zamanda, dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil edilib.
O, layihənin həyata keçirilməsində Azərbaycan Memarlar İttifaqının və nəşrin hazırlanmasında əməyi keçən hər kəsin xüsusi rolunu qeyd edərək onlara təşəkkürünü bildirib.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açılış nitqlərinə davam edərək bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan memarlığında Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş ən görkəmli memarlardan biridir.
Sonra Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin videomüraciəti nümayiş olunub.
Tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova, “Azərbaycan memarlıq irsinin dühası” kitabının müəllifi, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva nəşrin elmi və bədii əhəmiyyətinə toxunublar.
Tədbir bədii hissə ilə davam edib.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda














.jpg)





















.jpg)
