Elm və təhsil
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı
Direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Publika.az xəbər verir ki, namizədlər 4 dekabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibə mərhələsinə isə namizədlər qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. Bu mərhələdə namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Qeyd edək ki, müsabiqənin nəticələri barədə məlumat namizədlərə “Şəxsi səhifə” üzərindən təqdim ediləcək.
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi











.jpg)













.png)











