Əmlak
Bakıda bu evlər BAHALAŞDI
Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti bahalaşıb.
Publika.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ötən aya nisbətən 11.5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14.17 faiz bahalaşıb.
Ekspert bildirib ki, kirayə qiymətləri evlərin ümumi qiymətinə görə fərqlənib. Belə ki, bahalı fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ay ərzində 3.16 faiz, il ərzində isə 2.8 faiz ucuzlaşıb.
Lakin orta qiymətə olan fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ay ərzində 4.51 faiz, ötən illə müqayisədə isə 20.31 faiz bahalaşıb.
Ucuz evlərin qiymətində artım ay ərzində 2.24 faiz, il ərzində isə 9.17 faiz olub.
N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır:
"Yayla əlaqədar fərdi yaşayış və bağ evlərinə tələbat artdığı üçün qiymətlərdə bahalaşma müşahidə olunur".
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)





























