Foto
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq - - FOTO
20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən, Şəhidlər xiyabanında hazırlıq işləri aparılır.
Publika.az xəbər verir ki. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülüb, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Xiyabanın girişindəki bu kompozisiyanı güllərdən döşənən xalça və məzarlaradək divarlarda səkkizguşəli ulduzların üzərinə vurulan bir cüt qərənfil tamamlayacaq. Bu işlərə təcrübəli mütəxəssislər, rəssam-dizaynerlər cəlb olunub.
Anım gününə bir neçə gün qalsa da, artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları da var.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görüləcək.
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
























.webp)
.jpg)











