Foto
Qarabağa həyat verən Suqovuşan: su anbarının tikinti prosesi FOTOLARDA
Xəbər verdiyimiz kimi, bu gün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC işğaldan azad edilən Suqovuşan su anbarına media-tur təşkil edib.
Media-tur çərçivəsində jurnalistlər tikintisi və bərpası davam etdirilən Suqovuşan su anbarında aparılan iş prosesi ilə tanış olublar.

Bu su anbarı vasitəsilə Qarabağ və ətraf ərazilərin su problemi yaxşılaşdırılacaq.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən ərazilər işğaldan azad olunandan sonra bura gələrək ilkin qiymətləndirmələr aparılıb, ərazi minalardan təmizlənib.

Suqovuşan su anbarı vasitəsilə işğaldan azad edilən ərazilərin əkin sahələri suvarılıb. Gələcəkdə təmir və bərpa işləri bitəndən sonra daha geniş ərazinin su ilə təmin olunacağı gözlənilir.

Suqovuşan su anbarı kompleksinin hədəf ərazisinə 96 min hektar suvarılan ərazi daxildir. Ərazidə tikinti işləri sürətlə davam edir. Əsas kompleks və ondan ayrılan 5,2 km magistral kanalında infrastruktur işləri ilin sonunda yekunlaşacaq. Digər mərhələlər isə növbəti ildə tamamlanacaq.

Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy ərazilərini də su ilə təmin edəcək Suqovuşan su anbarında aparılan təmir və bərpa prosesini fotolarda təqdim edirik.
Akqabay Mıradov
Fotolar: Ceyhun Rəhimov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)






























.jpg)
.jpg)
