Gözəllik
İtalyanların sağlamlıq sirləri
İtaliya pizza və makaronlar ölkəsidir, burada yemək mədəniyyəti dünyanın hər yerindən daha qədim olduğu qədər də çox inkişaf edib. Buna baxmayaraq, italyanlar formada saxlaya, sağlamlıqlarını qoruya bilirlər. Əfsanəvi aktrisa Sofi Loren dəfələrlə dilə gətirib ki, bədən quruluşuna görə makaronlara borcludur. Yeri gəlmişkən, 85 yaşlı məşhur aktrisa indi də əla görünür, üstəlik Barilla makaron reklam kampaniyasının siması rolunda çıxış edir. Bu, heç də italyan sehri deyil. İtalyan mətbəxinin öz qaydaları var.
Publika.az oxucuları italyan mətbəxinin və xanımlarının gözəllik sirləri ilə tanış edir.
Təbii məhsullar
İtalyanların rasionu Aralıq dənizi yemək mədəniyyətinin qaydalarına əsaslanır. Bütün dünyada məşhur olan bu qida sistemi pəhrizdən daha çox hedonizm bayramına bənzəyir. Məcburi məhsullar dəstinə təzə tərəvəz və meyvələr, balıq, toyuq əti, zeytun yağı, süd məhsulları - qatıq və pendir, qırmızı şərab, makaron və xəmir məhsulları daxildir. Bununla belə, mütəxəssislər Aralıq dənizi rasionunun nəinki köklüyün qarşısını aldığını, faydalı olduğunu da irəli sürürlər. Lakin diqqət yetirməli olduğumuz bir neçə məqam var. Aralıq dənizi pəhrizi əlavə şəkər, doymuş yağ, qırmızı ət, rəfinə edilmiş qidalar və qeyri-təbii qidaları faktiki olaraq aradan qaldırır. Makaron tam taxıl unundan, pizza üçün pomidor sousu və makaron İtaliyada yetişdirilən pomidordan hazırlanır, meyvələr isə desertlərə ən yaxşı alternativdir.
Şam yeməyi bir ritualdır
Axşam yeməyi vaxtı küçədə tək şam edən italyan görə bilmərsiniz. Bu günəşli ölkənin sakinləri üçün şam yeməyi müqəddəs mərasimdir, onun naminə bütün işləri bir kənara qoyub bütün qayğılarını unutmağa hazırdılar. İtalyanlar eyni vaxtda nahar edirlər, heç vaxt yeməyə tələsmirlər, hər dişləmədən həzz alır və normadan artıq yemirlər. Bir boşqab makaron həmişə bir stəkan qırmızı şərab və xoş söhbətlə müşayiət olunur. Şam edə-edə eyni zamanda yutuba baxan italyanı görməzsiniz. Yeməyin belə yavaş, diqqətli çeynənməsi onun yaxşı həzm olunmasına imkan verir və çox yemək ehtimalını aradan qaldırır.
Yalnız makaron deyil
Bəli, makaron həqiqətən gündəlik İtalyan yeməyidir, lakin heç bir halda onun əsasını təşkil etmir. İtalyanlar həzmi yaxşılaşdıran və bədəni toksinlərdən təmizləyən vitaminlər, minerallar və liflə zəngin çoxlu miqdarda təzə tərəvəz yeyirlər. Doyurucu nahar sadə səhər və şam yeməyini kompensasiya edir. İtalyanlar səhərə bir fincan espresso və bəzi xırda bişmiş məmulatlarla başlayır, axşam yeməyində isə ümumiyyətlə karbohidratlar yemirlər. Bunun əvəzinə balıq və ya toyuq salatı.
Aktiv həyat tərzi
Harmoniya və sağlamlığın qorunmasında fiziki fəaliyyətin rolu yüksəkdir. Statistikaya görə, italyanlar dünyanın ən aktiv xalqlarından biridir. Gəzirlər, qaçırlar, üzürlər, velosiped sürürlər, rəqs edirlər və fitnessə gedirlər. Onlar buna uşaqlıqdan alışdıqları üçün artıq həyat tərzinə çevrilir. Odur ki, aktiv həyat tərzini öz üzərlərində əlavə cəhd kimi qəbul etmirlər. İtaliyada olmusunuzsa, görmüsünüz ki, hətta ölkənin yaşlı sakinləri də küçələrdə və ya çimərlikdə gəzməyə gəlirlər. Belə davamlı fəaliyyət nəinki daha çox kalori yandırmağa və formada qalmağa kömək edir, həm də sağlamlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Aytən Məftun
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto