Gözəllik
Çinli qadınlar niyə qocalmır? - İNANILMAZ FOTO
Sosial şəbəkələrdə tayvanlı və çinli qadınların fotoları qarşımıza çıxanda hər dəfə bizi şoka salır. 50 yaşlı qadınlara 30-dan çox yaş vermək olmur. Bəs Asiya gözəlləri nə edir ki, bu qədər cavan və gözəl görünə bilir? Onların sadə məsləhətlərinə əməl etməklə, fantastik nəticə əldə etmək mümkün olmasa da, əmin ola bilərsiniz ki, dəriniz əvvəlkindən parlaq və sağlam görünəcək.
Publika.az oxucuları çinli qadınların cavanlıq sirləri ilə tanış edir:
Günəşdən qoruyucu kremlər
40 yaşında da dərinizin gözəlliyi və elastikliyi ilə öyünmək istəyirsinizsə, günəşdən qorunma faktoru 20 SPF olan məhsullar tətbiq etmək lazımdır. Asiyalı qadınlar üzlərinin ağlığına xüsusilə həssasdırlar və fotoqocalma əlamətlərinin qarşısını almaq üçün hər şeyi edirlər. Günəşdən qoruyucu kremləri onlar hətta evdən çıxmasalar da istənilən havada istifadə edirlər. Çinli qadınlar günəşli bir gündə evdən çıxmağa qərar veriblərsə, əlcək və enli şlyapalar taxırlar, çətirlərini də özləri ilə götürməyi unutmurlar. Həmçinin mümkün qədər kölgədə qalmağa çalışırlar.
Şlyapa təkcə adi bir aksesuar deyil, həm də günəş şüasından qoruyur. Tayvanlı 43 yaşlı Luer Xudan belə edir.
Parlaq pəhriz
Çin İmperatorluğunun sakinləri əmindirlər ki, dəri rəngi birbaşa rasiondan asılıdır. Gülməli görünsə də, bir çox asiyalı qadın inanır ki, süd, əriştə, balıq, ağ ət kimi açıq rəngli qidalar üz rənginə müsbət təsir göstərərək ona ağlıq verir. Qəhvə, qırmızı ət, şokolad və digər tünd rəngli qidalar əks təsir göstərir.
45 yaşını qeyd edən çinli bloger Kendi Lonun sözlərinə görə, hətta pəhrizdə olsanız da, bəzən qırmızı şərabla özünüzü əyləndirə bilərsiniz.
Yaşıl çay
Çinli qadınlar günə qəhvə ilə yox, yaşıl və ya bitki çayları ilə başlamağa üstünlük verirlər. Asiyalı qadınların fikrincə, onlar orqanizmin detoksifikasiyasında, zərərli maddələrin çıxarılmasında böyük rol oynayır, eyni zamanda dərinin gəncliyini və təravətli görünüşünü qoruyub saxlamağa kömək edirlər. Çaydan əlavə çoxlu su, şəkərsiz smuzi və evdə hazırlanmış limonadlar da qəhrəmanlarımızın içki menyusuna daxil edilir.
Tayvanlı bloger Feifei Xu 42 yaşında olduğunu iddia edir və gizlətmir ki, bitki çayları menyusunda xüsusi yer tutur.
İdman
Müntəzəm məşqlərsiz bədən quruluşunu ideal formada saxlamaq mümkün deyil və bunun mümkün olduğuna inanmaq sadəlövhlük olardı. İdmanla məşğul olmayan insanlarda əzələ boşluğu meydana gəlir. Məsələn, 50 yaşlı çinli qadın Liu Eyrinq idmanla ilk dəfə iyirmi yaşında məşğul olmağa başlayıb. Özünüz baxın, 30 illik məşq təcrübəsi blogerə 50 yaşında da əla bədən quruluşunu nümayiş etdirməyə imkan verir!
Ağardıcı məhsullar
Piqment əleyhinə kremlər, gellər və maskalar Çin və Tayvan gözəllərinin kosmetika rəflərində əsas yer tutur. Tərkibindəki turşular epidermisin səth qatını yüngülləşdirməyə və dərini tez bir zamanda bərpa etməyə imkan verir, beta-karoten kimi maddələr isə qocalıq ləkələrinə səbəb olan hormon istehsalını ləngidir.
Çindən olan Kendi Lonun 45 yaşı var, lakin bu, onun mini şort geyinməsinə mane olmur.
Enerji balansı
Çinli qadınların bəzi yemək vərdişləri ənənəvi Şərq fəlsəfəsinə əsaslanır. Buna uyğun olaraq, bədənin vəziyyətinə və yan enerjilərinə təsir göstərir. Spirt, ədviyyatlı və qızardılmış qidalardan artıq enerji disbalansına gətirib çıxarır. Bunu ram etmək üçün asiyalı qadınlar pəhrizlərini tofu, xiyar, bəzi yosunlar, buğda və bambuk cücərtiləri kimi neytral qidalarla doldurmağa çalışırlar.
Tayvanlı Luer Xunun 43 yaşı var və o, öz timsalında sübüt edir ki, enerji balansını qorumaq vacibdir.
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi