Gözəllik
Yeni İlin manikür dəbi - FOTOLAR
Minimalizm, əlbəttə ki, yaxşıdır. Ancaq bayram dekorları ilə bəzənmiş küçələr və Yeni İl oyuncaqları bizi müvəqqəti olaraq minimalizmdən ayrılmağa və bu parıltıya qoşulmağa səsləyir. Dəvətə yox deməyə tələsməyin. Müxtəlif dırnaq elementlərini birləşdirən dəbdəbəli manikür üçün Yeni İl əslində ən gözəl bəhanədir. Əgər orijinal manikür axtarırsınızsa, o zaman nağılvari seçimlərə hazır olun.
Publika.az xəbər verir ki, manikür ustaları Yeni il ərəfəsində qış nağıllarından oxuduğumuz möcüzəvi və sirli detalları dırnaqlara köçürməyi təklif edir. Xüsusilə şəffaf gellər yeni il manikürünün yaradılmasında əvəzsiz köməkçilərdir. Onlar parıltı, dekor və incə naxışlar üçün əla baza rolunu oynayır.
Yeni ildən başqa hansı bayram sizə istədiyiniz qədər parıldamağa icazə verəcək? Zərlərlə işləmiş manikür arzuladığınız effekti əldə etməyə kömək edəcək. Parıltıya qənaət etməyin, axı yeni il ildə bir dəfə olur.
Qeyd edək ki, 2023-cü ilin manikürin dəbində yaşıl çalarlar daha çox aktual olacaq. Manikür trendini qızılı, gümüşü və digər dırnaq texnikaları ilə birləşdirməkdən çəkinməyin.
Qış atmosferinə maksimum qərq olmaq üçün tematik dizaynlı bir manikür edə bilərsiniz. Fantaziyanızı sərbəst buraxın, seçdiyimiz nümunələri ustanıza göstərin və qış möcüzəsi yaradın.
-
Digər13:1525 nəfər məktəbdəki partlayışın qurbanı oldu - 50-yə yaxın yaralı var
-
Magazin213:07Kürd əsilli məşhur müğənninin 22 il əvvəlki görüntüsü gündəm oldu - FOTO
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal












.jpg)











.jpg)











