Gözəllik
Bunu etsəniz, 20 il sonra dəriniz sizə "sağ ol" deyəcək!
Qocalma orqanizmin mühüm funksiyalarının tədricən pozulması və ya tamamilə itirilməsinin təbii fizioloji prosesidir. Yaşla bağlı ilk dəri dəyişiklikləri 25 yaşında görünür.
Publika.az xəbər verir ki, bu sözləri kosmetoloq Yuliya Eroxina Gazeta.ru-ya müsahibəsində deyib. Ekspert həm dəri qulluğu, həm də gəncliyi qorumaq barədə mühüm tövsiyələr verib.
Mütəxəssis izah edib ki, 25 yaşından etibarən kollagenin və onun öz hialuron turşusunun sintezi tədricən ləngiyir və bu səbəbdən göz ətrafı nahiyədə kiçik qırışlar görünməyə başlayır. Dərinin vəziyyətinə və onun vaxtından əvvəl qocalmasına təsir edən əsas xarici amil ultrabənövşəyi radiasiyadır. Bu baxımdan gənc yaşlardan günəş qoruyucu kremlərdən istifadə etmək vacibdir.
Dərinin yaşlanma prosesini ləngitmək istəyirsinizsə, 25 yaşından etibarən botulinum terapiyası və biorevitalizasiya (bioreparasiya) prosedurlarını etdirmək tövsiyə olunur. 20 ildən dəriniz buna görə sizə "sağ ol" deyəcək. Botulinum terapiyası botulinum neyroproteinin əzələdaxili tətbiqi prosedurudur. Bu, həddindən artıq üz aktivliyini aradan qaldıracaq və qırışların yaranmasından qoruyacaq.
Biorevitalizasiya – tərkibində hialuron turşusu, amin turşuları, vitaminlər, mikroelementlər, antioksidantlar, peptidlər və s. olan dərmanların dəriyə yeridilməsi prosedurudur. O, dərinin əsas hüceyrələrinin – fibroblastların işin və dərinin gəncliyindən məsul olan kollagenin sintezini yaxşılaşdırır.
Dərinizin gəncliyinin və gözəlliyinin vacib aspekti sağlam həyat tərzi, düzgün bəslənmə və düzgün seçilmiş ev baxımıdır. Və bu prinsiplərə nə qədər tez və ciddi əməl etsəniz, dəriniz bir o qədər sağlam və cavan olacaq”, - Eroxina yekunda vurğulayıb.
Aytən Məftun
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









