İqtisadi gündəm
Bakıda yarmarkada 102 ton bal satdılar
Bakıda keçirilən yarmarkada ümumilikdə 102,6 ton bal satılıb.
Publika.az xəbər verir ki, bu barədə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, yarmarkada bir ay ərzində 7,1 ton arı şanının satışı həyata keçirilib: “Bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 3241 nümunə götürülüb və laboratoriyada yoxlanılıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa çıxarılıb. Yarmarka müddətində ümumilikdə 109,9 ton məhsulun - 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib”.
L.Məmmədova qeyd edib ki, yarmarkada qaydaları pozan və məhsulun keyfiyyətində sonradan dəyişiklik edilən şəxslərlə bağlı tədbir görüləcək: “Yoxlamalardan keçdikdən sonra təşkilatçı ilə arıçı arasında müqavilə imzalanıb. Müqaviləyə riayət etməyən arıçılar ən azı bir dəfə olmaqla növbəti illərdə keçirilən yarmarkalara buraxılmayacaqlar".
Məhsulun açıq şəkildə satışı barədə danışan L.Məmmədova bildirib ki, bu, qadağan deyil: "MDB və Avropa ölkələrində də alıcılar həcminə və dadına görə məhsulu seçib alırlar. Təşkilat tərəfindən arıçılara uniforma və əlcək verilib. Əlcəklərdən istifadə etməyən, qaydaları pozanlar barədə tədbir görülüb, xüsusi aktlaşdırılıb".
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi







.jpg)



.png)















.jpg)
.jpg)





