İqtisadi gündəm
Türk İnvestisiya Fondunun yaradılması üzərində iş gedir – Baş katib
Bakıdakı iclas zamanı Türk Şurasının bu il Türkiyədə keçiriləcək zirvə görüşünə hazırlıq prosesini, təşkilata üzv olmayan qonşu ölkələrlə, regionun digər dövlətləri ilə əməkdaşlığın formatlarını müzakirə etdik.
Publika.az xəbər verir ki, bunu Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclası ilə bağlı keçirilən mətbuat konfransında Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.
O qeyd edib ki, digər məsələ təşkilatın güclənməsinə, onun beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə təkan verməkdir: “Eyni zamanda təşkilatın gələcək addımları da müzakirə olundu. Hazırda Türk Şurası ilə bağlı 2025-ci ilədək olan plan üzərində işlənilir. Çünki biz üzv dövlətlər arasında daha dərin əməkdaşlığın qurulmasını istəyirik. Eyni zamanda Türk Akademiyasının fəaliyyətini gücləndirmək də bu sırada mühüm yer tutur”.
Bağdad Amreyev deyib ki, Türk Şurası daxilində maliyyə institutunun yaradılmasına ehtiyac var. Odur ki, Türk İnvestisiya Fondunun yaradılması prosesi üzərində işi yekunlaşdırıb növbəti zirvə görüşündən əvvəl müzakirəyə təqdim ediləcək: “Biz də katiblik olaraq fondun yaradılması üçün öz tərəfimizdən üzv ölkələrə dəstək olacağıq”.
Səxavət
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...









.jpg)

.jpg)
























.jpg)
.jpg)

