İqtisadi gündəm
Leyla Əliyeva FAO-nun baş direktorunu Azərbaycana dəvət etdi - FOTO
Fevralın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun yeni baş direktoru Qu Donqyu ilə görüşüb.
Publika.az xəbər verir ki, FAO-nun Romadakı baş ofisində keçirilən görüşdə əvvəlcə Leyla Əliyeva Qu Donqyunu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbət əsnasında Azərbaycanda dayanıqlı kənd təsərrüfatının inkişafı perspektivləri, FAO-nun bu istiqamətdə göstərdiyi səylər, eləcə də ekoloji maarifləndirmə, sağlam və məsuliyyətli ərzaq istehlakı və kənd yerlərinin inkişafı üzrə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Leyla Əliyeva FAO-nun Azərbaycanda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq üzrə həyata keçirilən mühüm layihələrini yüksək qiymətləndirdi və ölkəmizdə bu sahələrin inkişafına verilən töhfəyə görə minnətdarlığını bildirib.
Qu Donqyu, öz növbəsində, Azərbaycanın regionun lider dövləti kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhəmiyyətli rola malik olduğunu qeyd edib.
Həmçinin görüşdə “Sıfır aclıq” qlobal məqsədinin icra vəziyyəti, içməli suyun keyfiyyəti və çatışmazlığı məsələləri müzakirə edildi, dünyada aclığın aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi üzrə mümkün tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Leyla Əliyeva FAO-nun baş direktoru Qu Donqyunu Azərbaycana səfərə dəvət edib.
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?







.jpg)









.jpg)



















