İqtisadi gündəm
Bakıda mənzillərin qiyməti necə dəyişəcək? - Ekspertdən PROQNOZ
"Daşınmaz əmlakla bağlı qiymətlərin enməsi gözlənilmir".
Bunu Publika.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert bildirib ki, karantinin yumşaldılması iqtisadiyyata müsbət təsir göstərəcək: "Bu proses uzun çəksəydi, obyektlərin qiymətinə mənfi təsir olacaqdı. Ancaq proseslər indiki templə inkişaf etsə, gözləntilər normal olacaq. Düzdür, yay aylarında həmişə çətinlik olub. Çünki bu aylarda şəhərdə insanlar az olur.
Ev alanların böyük əksəriyyəti təkrar alıcılardır. Onlar daha çox qazanc əldə etməkdən əlavə həm kassanı qorumaq, həm də kirayə vermək üçün alırlar. Bu baxımdan kirayə bazarında zəiflik müşahidə ediləndə, satışa da təsir edir. Tikinti prosesinin zəifləməsi də satışa təsirsiz ötüşmür. Səbəblər isə günəmuzd işləyən şəxslərin çoxuna icazə verilməməsi və ya qeyri-rəsmi çalışmalarıdır".
E.Fərzəliyev qeyd edib ki, daşınmaz əmlakla bağlı qiymətlərin enməsi proqnozlaşdırılmır: "İlkin mənzil bazarının tikinti materiallarının xaricdən gətirildiyini nəzərə alsaq, burada da karantinlə bağlı müəyyən çətinliklərlə rastlaşarıq. Bu da qiymətin qalxmasına təsir edir. Bazarın canlanması, ayaqda durması ipoteka kreditlərinin verilməsindən daha çox asılıdır. Çünki ipoteka kreditləri həm köhnə, həm də yeni tikililərin satışına təsir edir. Ümumən kreditlərin verilməsi bazara müsbət təsir edər. Şərtlər nisbətən dəyişilsə, əlavə kreditlərin verilməsinin bazara təsiri qənaətbəxş olar".

Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)





.jpg)


















.jpg)
.jpg)

