İqtisadi gündəm
Azərbaycan Türkiyə ilə xarici ticarətdə hər zaman müsbət saldoya malik olub
Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.
Publika.az xəbər verir layihəni deputatlara komitə sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri 2019-cu ilin məlumatlarını əsas gətirərək deyib ki, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur.
Onun sözlərinə görə, keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin dəyəri 33% artaraq, 4,5 milyard ABŞ dollara çatıb: “Azərbaycanın ixracında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracının dəyəri 36% artaraq 2,9 milyard ABŞ dolları təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1,2 milyard ABŞ dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard ABŞ dolları investisiya qoyub”.
Komitə sədri onu da bildirib ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq: “Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
