İqtisadi gündəm
Azərbaycanda dövlət tenderləri ilə bağlı VACİB YENİLİK
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmaları zamanı satınalan dövlət qurumlarının fəaliyyətindən narazı qalan sahibkarları bu barədə şikayət etməyə dəvət edib.
Publika.az xəbər verir ki, "Dövlət satınalmaları haqqında" Qanuna əsasən, satınalan təşkilatın qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
Qurumdan verilən açıqlamada belə deyilir. Xidmətdən bildirilib ki, satınalma müqaviləsi qüvvəyə minənə qədər şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir.
Əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur hər hansı orqan tərəfindən təsdiq edilibsə, şikayət təsdiq edən orqanını rəhbərinə verilir.
Xidmət sahibkarlar üçün şikayətin vaxtını da dəqiqləşdirib. Buradan verilən məlumata görə, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçdikdən sonra verilibsə satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmır.
Şikayət onu vermiş malgöndərən ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü ("Dövlət satınalmaları haqqında” Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.
Sahibkarlar bu barədə əlavə məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməklə ala bilərlər (əlaqə telefonları: 498-15-01 və 498-15-04).
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi









.jpg)

.jpg)






.jpg)


















.jpg)
.jpg)
