İqtisadi gündəm
Gömrükdə kuryer və poçt daşımaları şirkətləri ilə görüş keçirildi - FOTO
Dövlət Gömrük Komitəsində iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə DGK Katibliyinin rəisi Anar Süleymanov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak edib.
Komitədən Publika.az-a verilən məlumata görə, katibliyinin rəisi Anar Süleymanov avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verib. A.Süleymanov bildirib ki, görüşün keçirilməsində əsas məqsəd sözügedən qərarda əksini tapan dəyişikliklərin bütün detallarını bu sahədə fəaliyyət göstərən şirkət nümayəndələrinin birbaşa diqqətinə çatdırmaq, onları narahat edən məqamlara aydınlıq gətirməkdir.
Qeyd olunub ki, dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsini təkmilləşdirəcək, kölgə iqtisadiyyatı ilə mübarizəyə və qaçaqmalçılığın qarşısının alınmasına xidmət edəcək, eləcə də büdcə daxilolmalarında da mühüm rol oynayacaq.
Görüşün sonunda iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçilərini maraqlandıran bütün suallar cavablandırılıb, sözügedən qərarla bağlı geniş müzakirələr aparılıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur









.jpg)

.jpg)
























.jpg)
.jpg)

