İqtisadi gündəm
Mərkəzi Bankdan AÇIQLAMA: Ölkədə 4 bankın...
2020-ci ilin avqustun 1-ə olan vəziyyətə görə, Azərbaycanda POS terminalların sayı 55 487 ədədə bərabərdir.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev məlumat verib.
O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu terminalların sayı 13 faiz və ya 8 295 ədəd azalıb: "POS terminalların azalmasının səbəbi ölkədə dörd bankın lisenziyasının ləğv edilməsi ilə bağlıdır".
Onun sözlərinə görə, POS terminalların 65 faizi (35 611 ədəd) Bakıda, 35 faizi (19 265 ədəd) regionlarda yerləşir.
Qeyd edək ki, avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycanda ödəmə kartlarının sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artıb və 8,79 milyon ədəd təşkil edib.
Bunlardan 7,81 milyonu debet, 3,336 milyonu sosial, 2,399 milyonu əməkhaqqı, 1,976 milyonu digər kartlara aiddir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
