İqtisadi gündəm
Bayram yarmarkası 3 ünvanda olacaq
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 21-dən 31-nə qədər Bakıda və Abşeronda təşkil edəcəyi “Kənddən Şəhərə” qış yarmarkası 3 fərqli ünvanda baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq.
Yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.
Yarmarkanın təşkili zamanı koronavirus pandemiyasına görə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin rejimi tələblərinə tam əməl olunacaq. Belə ki, yarmarkanın baş tutduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri həyata keçiriləcək, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Həmçinin, fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, yarmarka ərazisində dezinfeksiya edici məhsullar yerləşdiriləcək, fermerlər zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.
“Kənddən Şəhərə” qış yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir əlavə xərc sərf etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. Yarmarkada məhsulların qiyməti digər topdan və pərakəndə satış məntəqələrindəki ilə müqayisədə xeyli münasib olacaq.
Bakının Nərimanov rayonunda - "Gənclik" metro stansiyasının yanında təşkil olunacaq yarmarkanın ərazisində ATT və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) yenidənqurma işləri aparıb, müasir tələblərə cavab verən infrastruktur yaradıb. “Kənddən Şəhərə” Qış yarmarkasının baş tutacağı digər iki ünvan isə aşağıdakılardır:
- Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı










.jpg)


.jpg)














.jpg)



.jpg)

