İqtisadi gündəm
Qiymət artımını bu səbəblər şərtləndirdi - İlham Şaban
“Tarif Şurası Aİ-92 markalı avtomobil benzininin və dizelin artım səbəblərini göstərib. Benzinin qiymətinin artırılmasının əsas səbəbi keyfiyyətin yaxşılaşdırılması, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi faktorlarıdır”.
Bu fikirləri Publika.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.
O bildirib ki, əsas səbəblərdən biri də bu məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılmasıdır: “Dizelin qiymətinin artırılması isə əsasən ekoloji faktorlarla əlaqələndirilir. Ekoloji mühitin yaxşılaşdırılması burada mühüm rol oynayır. Dizel yanacağından istifadənin ekoloji zərərləri nəzərə alınaraq daha çox benzin istehlakına keçilməsi məqsədilə hər iki məhsul arasında qiymət fərqi azaldılıb. Dizelin qiymətinin artımı sanki istehlakçıları dizellə işləyən minik avtomobillərindən benzin avtomobillərinə keçidə bir təşviq forması olub. Qiymət artımını qeyd edilənlər şərtləndirib. Düşünürəm ki, başqa bazar iqtisadiyyatlı ölkələrdə olduğu kimi dizellə benzinin qiymətinin eyni olacağı halda bu, effektli olardı. Belə olan təqdirdə insanlarda benzinlə işləyən avtomobillərə keçid üçün meyl yaranar”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
