İqtisadi gündəm
“Azərbaycan MDB-də benzin və dizeli ən ucuz satan ölkədir” - Deputat
“Son bir ildə bütün dünyada koronavirus pandemiyası tüğyan edir. 2020-ci ilin əvvəllərində neftin qiymətində azalma müşahidə olunurdu. Amma ilə sonunda qiymətlərdə artım, sıçrayış müşahidə olunmağa başladı. Azərbaycanla qonşu ölkələrə nəzər salsaq, görərik ki, doğrudan da bizimlə müqayisədə bu dövlətlərdə benzinin qiyməti bahadır. Onu da qeyd edim ki, Azərbaycan MDB məkanında benzin və dizeli öz vətəndaşlarına ən ucuz satan ölkədir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov ötən gün bahalaşan benzin və dizel yanacaqlarının qiymətlərindən danışarkən deyib.
Millət vəkilinin fikrincə, ümumilikdə Avropada yanacaq məhsullarının qiyməti daha bahadır: “Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata görə, 2019-cu ildə benzinin dünya bazarındakı qiyməti orta hesabla 91 sent olub. 2020-ci ilin dekabrında isə bu rəqəm artıq 1,04 dollara çatıb. Qonşu və yaxın çevrə ölkələrinə nəzər salsaq görərik ki, Rusiyada Aİ-95 markalı benzinin qiyməti 1 manat, Ukraynada 1,72 azn, Belarusda 1,14 manat, Gürcüstanda isə 1,12 manatdır. Dizelin qiyməti də qonşu ölkələrlə müqayisədə Azərbaycanda çox ucuzdur. Məsələn, Türkiyədə dizel yanacağının qiyməti orta hesabla 1, 44 manat, Rusiyda 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda da 1,21 manatdır. Yəni, ətraf və MDB məkanındakı ölkələrlə müqayisə etdikdə görərik ki, yanacaq məhsullarının qiyməti Azərbaycanla müqayisədə olduqca bahadır”.
Cavid Osmanov hesab edir ki, Azərbaycanda yanacağının qiymətindəki dəyişiklik olduqca cüzi artımdır:
“Ətraf ölkələrdə baha bizdə ucuz olsa, buradan qanunsuz şəkildə yanacaq məhsullarının daşınması çoxala bilər. Bu da ölkədə Azərbaycan vətəndaşları üçün yanacaq məhsullarının qıtlığına gətirib çıxarması anlamına gəlir. Bütün bunlar ölkə iqtisadiyyatına çox ciddi zərbə deməkdir. Bundan başqa, yanacaq məhsullarının “Avro-5” standartlarına çatdırmaq üçün qiymətlərdə tənzimləmə lazımdır. Eyni zamanda biz ətraf ölkələrə baxmalıyıq. Həmçinin dünya bazarında yanacaq bəhsullarının – neft və dizelin qiymətlərini müşahidə etməliyik. Yəni, enerji istehsalçısı kimi biz ölkəmizdə də yanacağın qiymətini tənzimləməliyik”.
Millət vəkili bildirib ki, yanacağın qiymətinin qalxması, digər istehlak məhsullarının bahalaşacağı anlamına gəlməməlidir:
“Bildiyimiz kimi, Aİ-95 markalı benzinindən adətən minik avtomobilləri üçün istifadə edilir. Bu baxımından insanlarda yanacağın qiymətinin qalxması ilə digər istehlak mallarının qiymətinin qalxacağı ilə bağlı təşviş yaranmamalıdır. Bunun heç bir əsası yoxdur. Eyni zamanda, biz 44 günlük müharibənin də qalib ölkəsiyik. Müharibədən çıxmış ölkənin də iqtisadiyyatında müəyyən çətinliklər yarana bilər. Bu baxımdan da ətraf ölkələrdə qiymət artımına baxmaqla, Azərbaycanda yanacağın qiymətlərinin cüzi artımını zərurətdən irəli gələn hal kimi qiymətləndirilməlidir”.
Tural Turan
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı










.jpg)

















.jpg)



.jpg)

