İqtisadi gündəm
Dövlət bu şəxslərə subsidiya veriləcək
Dövlət deqradasiyaya uğramış və yaxud bonitet balı aşağı olan torpaqların əkin dövriyyəsinə qazandırılması məqsədilə 2021-ci ildə belə torpaqlarda salınan nar və zeytun bağlarına birdəfəlik əkin subsidiyası verəcək.
Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, belə torpaqlarda intensiv üsulla salınacaq nar bağlarının hər hektarına 5000 manat, zeytun bağlarının hər hektarına 4900 manat ödəniləcək.
Fermer yeni bağ üçün bir dəfəyə məxsus əkin subsidiyasını aşağıdakı 2 halda ala bilər:
1. Deqradasiyaya uğramış torpaqlarda salınacaq nar/zeytun bağlarına – buna müvafiq olaraq təqdim edilən istifadə hüququna dair torpaq sənədində şorlaşma dərəcəsi şiddətli, çox şiddətli və şoran olan, və ya şorakətləşmə dərəcəsi şiddətli olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Təqdim edilən sənəddə qeyd edilən məlumatlar mövcud deyilsə, bu istiqamətdə Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış arayış müvafiq sənədə əlavə edilərək təqdim edilməlidir.
2. Bonitet balı aşağı olan torpaqlarda nar/zeytun bağlarına – buna müvafiq olaraq təqdim edilən istifadə hüququna dair torpaq sənədində bonitet balı 20-dən aşağı olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı (uqodiyası) "və sair", "digər", yaxud uqodiyası göstərilməyən sənədlər əsas alınacaq.
Birdəfəlik subsidiya üçün fermerlər 1 fevral – 31 may tarixləri aralığında müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə Elektron Kənd Təsərrüfatatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq.
Bir dəfəlik əkin subsidiyasını ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış olması, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır. Bu şərtlərə sahib olmayan bağlar tək əkin subsidiyası ala biləcək. Belə ki, birdəfəlik subsidiyadan əlavə intensiv bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası da ödəniləcək. 4 ildən sonra isə və ya ənənəvi bağlarda hər hektara görə fermer 240 manat subsidiya alacaq. Birdəfəlik subsidiya məbləği müraciət təsdiqləndikdən sonra "Fermer Kartı"na köçürüləcək. Vəsaitin 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq. Vəsaitin 25%i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər.
Xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün Elektron Kənd Təsərrüfatatı İnformasiya Sistemi üzərindən onlayn müraciət edir və subsidiyalar "Fermer Kartı"na ödənilir.
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO