İqtisadi gündəm
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qaliblərlə görüş keçirdi - FOTO
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu müsabiqənin qalibləri ilə görüş keçirib.
Publika.az xəbər verir ki, gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qaliblərə təbriklərini çatdırıb.
Görüşdə qaliblərə idarəçi rəhbərlər tərəfindən təqdim olunacaq 1 illik fərdi inkişaf planının (https://yukselish.az/mentors.html) tətbiqi barədə söhbət açılıb. Eyni zamanda, qaliblərin əldə etdiyi 20 min manat özünüinkişaf qrantının yarısının sərf olunacağı istiqamət və hədəflər müzakirə olunub. Qaliblərin təklifləri dinlənilib, həmçinin onlarla gələcək karyera planları haqda fikir mübadiləsi aparılıb.
İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, müsabiqənin Təşkilat Komitəsi qaliblərə mütəmadi dəstək göstərməyə və onlarla əməkdaşlığa hazırdır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqəyə müraciət edən 11 min 760 nəfər arasından idarəçilik səriştə və bacarıqlarına görə fərqlənən 27 qalib seçilib. Onlar ölkənin dövlət və özəl strukturlarında fəaliyyət göstərən yüksək ixtisaslı kadrlardır.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)





.jpg)


















.jpg)
.jpg)

