İqtisadi gündəm
Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşdü
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, tranzit və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə olunub.
İkitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolu vurğulanaraq onlar arasında daha sıx əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilib. Bu gün Rusiyanın Azərbaycanda işgüzar missiyasının fəaliyyətə başlamasının bu baxımdan önəmi vurğulanıb.
Eyni zamanda, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.
Tərəflər, həmçinin iki ölkə arasında dəmir yolu ilə malların fasiləsiz qarşılıqlı tədarükü üçün logistik dəhlizin yaradılması məsələsinə dair fikir mübadiləsi aparıblar.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib. Tərəflər nəqliyyat xidmətlərinin və nəzarət prosedurlarının təkmilləşdirilməsinin dəhliz üzrə nəqliyyat vasitələrinin hərəkətinin və yük axınının artırılmasına, eləcə də yüklərin çatdırılma müddətinin azaldılmasına xidmət edəcəyinə əminlik ifadə ediblər.
Görüşdə, həmçinin nəqliyyat, logistika, tikinti, maşınqayırma, İKT, metallurgiya və dağ-mədən sahələrində fəaliyyət göstərən 10-a yaxın Rusiya şirkəti tərəfindən təqdimatlar edilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


