İqtisadi gündəm
İşəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edildi
Dövlət Məşğulluq Agentliyində bu dəfə 2 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə əlaqələndirmə komitələrinin sədrləri ilə görüş keçirilib.
Agentlikdən Publika.az-a bildirilib ki, görüşdə Xəzər və Pirallahı rayonları üzrə İcra Hakimiyyəti başçılarının müavinləri iştirak edib. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, ərazi məşğulluq proqramlarının icra olunmasında əlaqələndirmə komitələrinin rolu və məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində işəgötürənlərlə sıx əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyəti qeyd edilib. Eyni zamanda, 2 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə dövlət və özəl sektorda işəgötürənlərin “Məşğulluq marafonu”na qoşulması istiqamətində aktiv iştirak edilməsi, yeni iş yerlərinin açılması istiqamətində atılan addımlar müzakirə edilib.
Yerli Əlaqələndirmə Komitələri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinin əsas prioritet kimi qəbul edilməsi və həmin vətəndaşların işlə təmin olunmasında işəgötürənlərin fəallığının gücləndirilməsinin önəmi vurğulanıb.
Görüşdə, həmçinin, işsiz və işaxtaranların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan ictimai işlər proqramı üzrə yeni istiqamətlərin yaradılması məsələsi də müzakirə edilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

.jpg)

.jpg)
























.jpg)

.jpg)