İqtisadi gündəm
Gələn həftə SOCAR-ın yeni istiqrazları üzrə hərrac keçiriləcək
Noyabrın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazlar əsas bazar seqmentində listinqə daxil edilib. Onlara abunə yazılışı sentyabrın 20-də başlayıb və proses sabah yekunlaşacaq.
SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti bu ay başa çatıb. Odur ki, şirkət daha 100 milyon dollar məbləğində istiqraz buraxıb. Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Amma onların illik gəlirliliyi indi dövriyyədə olan istiqrazlarla müqayisədə 0,5 faiz bəndi az – 4,5% təşkil edəcək.
Qiymətli kağızlar yenə də 5 il müddətində dövriyyədə olacaq, faizlər isə rüblük ödəniləcək. Prosesin anderrayteri "PSG Kapital İnvestisiya Şirkəti" QSC olacaq.
İstiqrazları həm ölkə vətəndaşları, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər ala bilər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə verilir (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər).
SOCAR İstiqrazlarını 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkündür.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi









.jpg)

.jpg)


.jpg)




















.jpg)

.jpg)
