İqtisadi gündəm
İqtisadi Zonaların İnkişafı Agentliyinə niyə ehtiyac vardı?
"Azərbaycan Prezidenti İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması haqqında fərman imzalayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək agentlik 65 milyon manatlıq nizamnamə fondu ilə azad iqtisadi zonaların inkişafıyla bağlı dövlət siyasətini əlaqələndirəcək".
Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, agentlik yeni azad iqtisadi zonaların yaradılması səlahiyyətinə də malik olacaq və onların infrastruktur tələblərini müəyyənləşdirəcək: "Agentliyin yaradılması ondan xəbər verir ki, yeni azad iqtisadi zonaların yaradılması məsələsi aktuallığını qoruyub saxlayıb. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra regionda yeni azad iqtisadi zonaların yaradılması prioritetliyini daha da artırıb. İşğaldan azad olunmuş bölgələrimizin bu istiqamətdə potensialı kifayət qədər genişdir. Həmin bölgələrdə yeni və müasir infrastrukturun formalaşması bu sahədə imkanları daha da genişləndirir.
Deməli, qeyri-neft sektoruna xarici sərmayələrin daha çox cəlb edilməsi üçün yeni azad iqtisadi zonaların yaradılması istisna edilmir. Bu, işğaldan azad olunan ərazilərimizdə iqtisadiyyatın formalaşması və ölkə iqtisadiyyatına reinteqrasiyası baxımından da vacibdir".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
