İqtisadi gündəm
Energetika Nazirliyində kollegiya iclası keçirildi - FOTO
Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə hibrid formatda kollegiya iclası keçirilib.
Publika.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, kollegiyanın sədri çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə energetika sahəsində əldə olunan nailiyyətlər, aparılan əsaslı islahatlardan bəhs edib, bu sahənin daha da inkişafı, o cümlədən enerji transformasiyası istiqamətində reallaşdırılan layihələr və tədbirlər barədə danışıb, bu sahəyə xarici investisiyaların cəlb edilməsi ilə bağlı bir sıra mühüm işlərin görüldüyünu qeyd edib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə yanacaq-energetika sahəsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası məsələləri nəzərdən keçirilib, məruzələr dinlənilib.
Kollegiya iclasının gündəliyinin ikinci məsələsi üzrə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində yanacaq-energetika sahəsi üzrə nəzərdə tutulan tədbirlərin icrası məsələləri müzakirə olunub, tədbirlərin əlaqəli şəkildə icrasının təmin edilməsi ilə bağlı müvafiq əmrin imzalanması məqsədəuyğun hesab edilib.
Sonda 2022-ci ilin I yarımilliyi üzrə Energetika Nazirliyində icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılması haqqında hesabat təqdim edilib, icra intizamı, inzibati xətalar, icazələrin verilməsi, vətəndaşların qəbulu və müraciətlərə baxılması, Energetika Nazirliyinin cari il üçün təsdiq edilmiş İş Planı üzrə 1-ci yarımillikdə nəzərdə tutulmuş tapşırıqların icrası, eləcə də Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi









.jpg)

.jpg)


.jpg)




















.jpg)

.jpg)
