İqtisadi gündəm
Dünyada qızıl ucuzlaşdı: yerli bazara TƏSİRİ
Bu gün qızılın birja qiymətlərində cüzi ucuzlaşma müşahidə olunub. Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,01%, yaxud 0,1 dollar ucuzlaşaraq 1 unsiyası 1717,6 dollara satılıb.
Bəzi hallarda Azərbaycanın daxili qızıl bazarı beynəlxalq birja qiymətlərinə uyğun dəyişə bilər. Bu baxımdan, hazırda baş verən ucuzlaşma daxili bazara təsir edəcəkmi?
İqtisadçı-ekspert Rəşad Həsənov Publika.az-a açıqlamasında bildirdi ki, əgər söhbət qısamüddətli qiymət dəyişikliyindən gedirsə, bu, Azərbaycanın qızıl bazarına heç bir təsir etməyəcək:
“Əgər ucuzlaşma uzunmüddətli olarsa, Azərbaycana da təsir edəcək. Ona görə ki, qızıl bazarımız daha çox zinət əşyaları bazarı kimi formalaşıb və investisiya bazarı formalaşmadığı üçün cüzi paya malikdir və dövriyyəsi olduqca zəifdir. Çünki, qızıl ay ərzində təxminən 2-3 dəfə ölkəmizə kütləvi şəkildə daxil olur. Yəni, gündəlik və ya saatlıq ölkə bazarına daxil olmadığı üçün qiymətlərə təsir etmir. Bazardakı təchizatçılar və tədarükçülər isə qızılı gətirdikləri qiymətə realizə etməyə çalışırlar. Ucuzlaşma ən yaxşı halda tədarükçülərə imkan yaradır ki, təkrar bazarda qızılı ucuz qiymətə geri alsınlar”.
Ekspertin sözlərinə görə, dünya bazarında ucuzlaşma baş verdiyi təqdirdə, Azərbaycana yeni qızıl məhsulları daxil olarsa, onda bu, daxili bazara da qismən təsir edər:
“Çünki, Azərbaycanda alıcılıq qabiliyyəti çox aşağıdır. Əgər qiyməti aşağı salmaq imkanı varsa, bazar payını qorumaq, eləcə də əlindəki məhsulu realizə etmək məqsədilə satış strategiyasından istifadə etməklə, qiymətlərin optimallaşdırılmasını şərtləndirmək olar. Yəni, yalnız bu zaman ucuzlaşma baş verə bilər”.
Rövşən Ziya
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


