İqtisadi gündəm
BMT FAO-dan şad xəbər: Qiymətlər düşür!
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi Ukrayna-Rusiya müharibəsindən zərər çəkdiyi üçün iyul ayında kəskin azalıb.
Publika.az xəbər verir ki, beynəlxalq bazarlarda geniş satışa malik ərzaq mallarının aylıq qiymət dəyişikliklərini izləyən indeks iyulda 8,6 faiz azalaraq 140,9 bənd olub.
Halbuki, iyun ayında bu indeks 154,3 səviyyəsində olub. Bir aylıq azalmaya baxmayaraq, indeks ötən ilin iyul ayı ilə müqayisədə 13,1 faiz artıb.

FAO-dan verilən açıqlamada bu artım Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, əlverişsiz hava şəraiti, həmçinin istehsal və nəqliyyat xərclərinin artması ilə əlaqələndirilib. Bitki yağları, dənli bitkilər, şəkər və süd məhsulları ilə yanaşı, ətin beynəlxalq qiymətlərindəki ucuzlaşma iyuldakı enişə də təsir edib.
Ərzaq məhsullarının qiymətinin birdən-birə aşağı düşməsini müsbət hal kimi dəyərləndirən FAO-nun baş iqtisadçısı Maximo Torero bildirib ki, fəqət bir çox sahələrdə qeyri-müəyyənlik davam edir.
Rövşən Ziya
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?







.jpg)









.jpg)



















