İqtisadi gündəm
Rusiya məhsullarımızı niyə geri qaytarır? - AQTA-dan AÇIQLAMA
Azərbaycan Rusiya Federasiyasına mövsümi meyvə-tərəvəz məhsulları ixrac edən əsas ölkələrdən biridir. Amma bəzi hallarda Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məhsulların keyfiyyətsiz olduğunu, hətta onlarda zərərvericilərin askarlandığını bəhanə edərək, ölkəyə daxil olmasına imkan vermir.
Bu halda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hansı prossedurları həyata keçirir?
Rusiyaya ixrac olunan məhsullar AQTA-nın müvafiq laboratoriyalarında yoxlanılırmı?
Publika.az-ın suallarına cavab olaraq, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, Rusiyaya ixrac olunan məhsullar idxalçı ölkənin tələbləri nəzərə alınmaqla, laborator analizlərə cəlb edilir və müşayiətedici sənədlər, ixrac sertifikatı ilə təmin olunur.

Qeyd edilir ki, Azərbaycana idxal edilən məhsullar da gömrük ərazisinə daxil olduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir:
“Agentliyin müfəttişləri tərəfindən məhsuldan nümunələr götürülüb Qida Təhlükəsizliyi İnstitutunun (QTİ) müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda, sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər”.
Şöbədən deyildi ki, məhsullarda nöqsanların aşkar edilməsi və idxalın qarşısının alınması ilə bağlı bildirişlərin verilməsi və araşdırılması 13 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartla (uyğunsuzluqlar və təxirəsalınmaz tədbirlər barədə bildirişlər üzrə fəaliyyət) tənzimlənir:
“İdxal olunan yüklərdə ciddi uyğunsuzluqlar aşkar edildikdə, bildirişlər idxalçı ölkə tərəfindən ixracatçıya verilir. 13 nömrəli Standarta əsasən, bildirişlər, aşkar edilən uyğunsuzluğun səbəbini aydınlaşdırmaq və təkrarlanmaması üçün atılacaq zəruri addımları asanlaşdırmaq məqsədini daşıyır. Fitosanitar idxal tələblərinə uyğunluğun olmaması, yükdə tənzimlənən zərərli orqanizmlərin aşkarlanması, idxalına qadağa qoyulmuş yüklərin, yüklərdə idxalına qadağa qoyulmuş materialların (məs., torpaq) və s. olması bildiriş göndərilməsi zərurəti yaradan ciddi uyğunsuzluq halları hesab olunur”.
AQTA sonda bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə çağırış edib:
“Ölkə ərazisini karantin tətbiq edilən zərərvericilərdən qorumaq məqsədilə ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün bütün zəruri metodiki göstərişlərə əməl etsinlər. Sahibkarlar yalnız virusdan azad olan və müvafiq müayinələrdən keçmiş əkin-səpin materiallarından istifadə etməli, sahələr əkinqabağı dezinfeksiya edilməli, təsərrüfatda istifadə edilən alət və avadanlıqlar müvafiq metodikaya uyğun dezinfeksiya olunmalıdır. Həmçinin istixanalara giriş-çıxış məhdudlaşdırılmalı, utilizasiya qaydalarına düzgün riayət edilməli və ixrac olunan yük partiyaları mütləq şəkildə virusoloji analizlərə cəlb edilməlidir”.
Rövşən Ziya
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı













.jpg)






.jpg)















