İqtisadi gündəm
“Dostluq” yatağından birgə istifadə: ölkəmiz NƏ QAZANACAQ?
"Azərbaycanın Türkmənistanla “Dostluq” neft yatağının birgə işlənilməsi qərarı hər iki ölkənin maraqlarına cavab verən və bölgə üçün yeni reallıq yaradan əsas şərtdir. Son 30 ildə Türkmənistanla bu məsələ ilə bağlı münasibətləri düzəltmək mümkün deyildi. Ona görə ki, hər iki ölkə "Dostluq" yatağı ilə bağlı fərqli siyasət həyata keçirirdi".
Bu fikirləri Publika.az-a iqtisadçı ekspert Xalid Kərimli söyləyib.
O bildirib ki, bu da ölkələr arasındakı münasibətlərin inkişafına mane olurdu:
"2021-ci ilin yanvar ayının 21-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan hökumətləri arasında imzalanmış Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Memorandum hər iki ölkənin maraqlarına cavab verir. Yataq 1989-cu ildə SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və həmin ildə də ilk kəşfiyyat quyusu qazılıb. Yataq hər iki ölkənin dəniz sərhədində yerləşdiyi üçün həm Bakı, həm də Aşqabad yatağa iddialı idilər. Biz onu "Kəpəz" adlandırırdıq, türkmənlər isə "Sərdar" adını vermişdilər. Bu memorandumun imzalanması göstərdi ki, artıq hər iki dövlət doğru addım atmağa başlayır".

Ekspertin sözlərinə görə, yataqdan əldə ediləcək karbohidrogen ehtiyatlarının 30 faizi Azərbaycana, 70 faizi isə Türkmənistana çatacaq: "Aparılan bəzi qiymətləndirmələrə görə, hazırda yataqda 60 milyon ton neft və 100 milyard kubmetr qaz ehtiyatları mövcuddur. Bu memorandum ona görə vacibdir ki, ilk növbədə iki ölkə arasındakı enerji resursları sahəsindəki iqtisadi və ticarət münasibətləri yenidən bərpa olunur, digər tərəfdən isə tərəflər arasında davam edən mübahisələr səbəbindən istifadəsiz qalmış yataq işə düşür və tərəflər qazanc əldə etməyə başlayırlar".
Bu gün Transxəzər layihəsi ilə bağlı məsələ də gündəmdədir. Bu layihənin Türkmənistanın resurslarına əsaslanması diqqətdə saxlanılan məsələlərdəndir. Müsahibəmiz bildirib ki, Azərbaycan özünün qurduğu boru xətləri və nəqliyyat-logistika şəbəkələri vasitəsilə həm "Dostluq" yatağından, həm də Mərkəzi Asiya ölkələrinin neft-qaz yataqlarından hasil olunacaq karbohidrogen ehtiyatlarını dünya bazarlarına ixrac etmək istəyir: "Münasibətlərin bərpası və inkişafı bu gün hər iki ölkənin gündəmində olan vacib məsələlərdən biridir. Transxəzər layihəsi ölkəmiz üçün də vacibdir. Çünki həm Azərbaycanın strateji əhəmiyyətini artırır, həm də yatırdığı investisiyaların rentabelliyi artacaq. Ölkəmiz həm boru kəmərlərinin tikintisinə, həm nəqliyyat-logistika şəbəkələrinin qurulmasına böyük sərmayə yatırıb, həm də yükdaşımaların həyata keçirilməsi üçün böyük bir infrastruktur qurub. Transxəzər xəttinin tikintisi Azərbaycanın təkcə karbohidrogen hasil edərək ixrac edən ölkə kimi yox, eyni zamanda nəqliyyat-logistika və tranzit ölkə kimi əhəmiyyətini və gəlirlərini artıracaq".
X.Kərimli rəsmi Bakının layihə bağlı bir bəyanatını da xatırladıb: "Hökumətimiz dəfələrlə bəyan edib ki, Türkmənistan Transxəzər kəmərini tikmək qərarına gələrsə, Azərbaycanın buna dəstək verəcək. Azərbaycan müxtəlif beynəlxalq konsorsiumlar yaratmaq və iştirak etmək kimi böyük bir təcrübəyə malikdir. Bu təcrübə həm Bakı-Tbilisi-Ceyhan boru xəttində, həm də TAP və TANAP layihələrində özünü doğrultdu. Ölkəmiz beynəlxalq səviyyəli layihələrdə birgə iştirak etmək formatına da malikdir. Rəsmi Bakı bu layihəyə həm texniki-mühəndis dəstəyi göstərmək üçün böyük investisiya qoya bilər, həm də prosesdə böyük təcrübəyə malik ölkə kimi iştirak edə bilər".
Rövşən Ziya
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



