İqtisadi gündəm
İşbazlar yenə İŞ BAŞINDA: Un məhsulları süni şəkildə BAHALAŞIR
“Bir müddət öncə un və çörəyin qiymətində baş verən artımlar bu gün də davam edir. Bahalaşma özünü hazırda un və şirniyyat məmulatlarının qiymətində açıq şəkildə göstərir. Bunun da bəzi obyektiv və subyektiv səbəbləri var”.
Bu sözləri Publika.az-a deyən iqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, bahalaşmada əsasən süni və təbii amillər böyük rol oynayır:
“Çörəyin və un məlumatlarının qiymətlərində tərs mütanasiblik müşahidə olunur. Əgər çörəkdə bahalaşma 5 qəpik, yəni 10 faizdirsə, un məmulatlarında bu, daha yüksəkdir. Hətta bəzi şirniyyat və peçenye məhsulları birdən-birə 40-50 faiz bahalaşıb”.

Qiymət artımında süni amillərin ciddi rol oynadığına diqqəti çəkən ekspert bildirdi ki, son vaxtlar bəzi işbazlar yaranmış vəziyyətdən sui-istifadə etməyə başlayıb:
“Onlar daha çox gəlir əldə etmək üçün qiymətləri süni şəkildə artırırlar. Hətta birləşərək, əsas istehsalçıları bazardan uzaqlaşdırır, yeni qiymətlər diqtə edirlər. Sahədən yeni yığılmış ərzaqlıq taxılı ucuz qiymətə sahibkardan alır, üzərinə faizini qoyaraq parakəndə və topdansatış mərkəzlərində satırlar. Bunun qarşısını almaq üçün bazarda rəqabət mühitinin yaradılmasına, qiymətlərin tənzimlənməsinə, onların tələb-təklif əsasında formalaşmasına və bazara nəzarət mexanizminin yaradılmasına ehtiyac var. Bütün sahibkarlara eyni şərait yaradılmalı, inhisarçılığın qarşısı sərt şəkildə alınmalı və "işbazlar" nəzarətə götürülməlidir”.
Bahalaşmada təbii amillərin də rol oynadığını deyən müsahibimiz qeyd etdi ki, əgər bu gün ölkədə inflyasiya varsa, sahibkarların əldə etdiyi gəlir də dəyərdən düşür:
“Bu, onun qarşısında müəyyən tələblər qoyur. Sahibkar ilk növbədə işəgötürəndir. İşçisi bahalaşma ilə əlaqədar aldığı maaşın dəyərdən düşdüyünü əsas gətirərək, artırılmasını tələb edir. Tələbi yerinə yetirilmədikdə isə işdən çıxmalı olur. Sahibkar da onu itirməmək üçün maaşı artırır. Enerji daşıyıcılarının bahalaşması kimi amillər də mövcuddur. Sahibkar belə vəziyyətdə öz gəlirini qorumaq üçün istehsal etdiyi məhsulun qiymətini artırmağa məcbur olur. Buna görə də onları tənqid va ya ittiham etmək düzgün deyil”.
Ekspert düşünür ki, əgər hökumət un və çörək bazarında qiymətlərin endirilməsinə nail olmaq istəyirsə, iki əsas hədəfi qarşısına məqsəd qoymalıdır:
"Birincisi, ölkədə ərzaqlıq buğda istehsalını artırmaq üçün əkin sahələri genişləndirilməlidir. İkincisi, bu sahədə geniş təcrübəsi olan xarici mütəxəssilər ölkəmizə dəvət edilməlidir. Kənd təsərrüfatı sahələri az, amma yüksək məhsuldarlıq əldə edən İsrail və Baltikyanı ölkələrin təcrübəsindən istifadə olunmalıdır. Həmin ölkələrdən məhsuldar toxumlar gətirərək, yerli şəraitə uyğunlaşdırmaq və tətbiq etmək lazımdır”.
Rövşən Ziya
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var


















.jpg)






.jpg)













