İqtisadi gündəm
Qış turizmi mövsümünə start verildi - Bir sıra ölkələrlə vahid turizm paketləri yaradılır
Vahid turizm paketlərinin yaradılması ilə bağlı işlər gedir.
Publika.az xəbər verir ki, bu barədə acıqlamanı Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadə verib.
Onun sözlərinə görə, bu sahədə həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə işlər aparılır.
Quluzadə həmçinin əlavə edib ki, hotellərin qiymətlərini dövlət tənzimləmir.
DTA sədrinin müşaviri bildirib ki, qiyməti bazar müəyyənləşdirir: “Tələb artdıqca qiymət də yüksəlir. Bayram yaxınlaşdıqca digər sahələrdə olduğu kimi turizm sektorunda da qiymətlər yüksəlir. Misal üçün, dünən Şahdağda 75% tutum var idi, baxmayaraq ki, mövsüm təzə başlayıb. Artıq Şahdağ turizm mərkəzində mart ayına qədər yerlərin əksəriyyəti bron edilib”.
Əlavə edək ki, bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri və televiziya nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.
Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ“Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.
Təqdimatda media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verilib, həmçinin 2023-cü il üçün görüləcək işlər və planlar acıqlanıb.
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...









.jpg)

.jpg)























.jpg)
