İqtisadi gündəm
Analitiklərin qlobal iqtisadiyyatla bağlı proqnozu - Avropa zəif halqadır, Çin və...
Qlobal iqtisadiyyat tənəzzülə doğru getməsə də, 2023-cü ildə çətin vəziyyətdə olacaq. Artımın 2%-ə qədər yavaşlaması proqnozlaşdırılır.
Publika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
“2008-2009-cu illərin Böyük Tənəzzülü ilə müqayisə edilən qlobal böhranın qarşısını almaq olar, lakin bir sıra iri iqtisadiyyatlar (ilk növbədə Aİ və ABŞ) özünün yerli təzahürləri ilə - nisbətən dayaz və çox da uzun olmayan tənəzzüllə üzləşə bilər”, - Siyasi Texnologiyalar Mərkəzinin aparıcı eksperti Nikita Maslennikov deyib.
İqtisadçılar 2023-cü ildə tənəzzülün yaşanmayacağı qənaətindədirlər. Eyni zamanda, dünya iqtisadiyyatının inkişafı tədricən artacaq, artım tempini Hindistan və Çin xilas edə bilər. Bununla belə, ABŞ və Aİ iqtisadiyyatları xüsusi narahatlıq yaratmağa davam edəcək. Məsələn, Avropa enerji təchizatından çox şey asılıdır. Ona görə də bu region qlobal iqtisadiyyatın zəif həlqəsidir.
Analitiklər hesab edirdilər ki, maliyyə bazarının növbəti il üçün əsas ümidləri Asiya ölkələrinin, xüsusən də Çinin ÜDM-ə bağlıdır. Bu ölkədə əsas anti-COVID məhdudiyyətləri aradan qaldırılarsa və daha yeni kilidləmələr olmazsa, o zaman dünyada iqtisadi artım sürətlənə bilər. Həmçinin Hindistan dünya iqtisadiyyatına müəyyən töhfə verə bilər, burada Rusiyadan daha böyük həcmdə alınmış nisbətən ucuz enerji resursları öz rolunu oynayacaq.
Dekabrın 19-da “Financial Times” yazıb ki, 2008-ci ilin qlobal maliyyə böhranını proqnozlaşdıran amerikalı iqtisadçı Nuriel Roubini hökumət borcunun hədsiz yüksək olması səbəbindən qlobal iqtisadiyyatda dərin və uzunmüddətli depressiya proqnozlaşdırır.
Ayşən
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi









.jpg)

.jpg)
























