İqtisadi gündəm
Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?
Türkiyəyə dəymiş zərərin “Fitch Ratings” Agentliyi tərəfində 4 milyard dollar həcmində qiymətləndirilməsi birmənalı qəbul edilə bilməz. Xeyli bina dağılıb, yollar yoxa çıxıb, infrastruktur məhv olub, istehsal sahələri yerlə yeksan olub, dəyər zəncirinin əsaslı hissəsi sıradan çıxıb, təchizat prosesi dayanıb və sair və ilaxır. Maddi zərər yaradan səbəblər hədsiz çoxdur”.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, hələ nə qədər insanın mülkünə, şəxsi əşyalarına, nə qədər binanın zədələnməsinə dair tam məlumat yoxdur:
“7 min bina sadəcə tam dağılan binadır. Odur ki, dəymiş ziyanın 100 milyard dollara çatacağını, hətta bunu ötəcəyini belə istisna etmirəm. Mənəvi zərbənin təsiri heç də maddidən az deyil. Həlak olanların sayı durmadan artır. Say on minlərlə ölçüləcək. İndiki rəqəmlərdə olanlar cansız bədənləri tapılanlardır. Qeyri-rəsmi məlumata görə, dağıntılar altında 190 minədək insan qalıb. Dəhşətli soyuq hava və zamanın uzanması dağıntılar altından insanların sağ çıxarılma ümidlərini azaldır. Bu, sarsıdıcı faciədir və bunun mənəvi zərbəsi maddidən çoxdur”.
Ekspert dəymiş zərərin Türkiyə ÜDM-nin 10%-i ötə biləcəyini söyləyib:
“2022-ci ildə Türkiyənin ÜDM-si 853.49 milyard dollar olub. Bu il isə bunun 941.55 milyard dollar olması proqnoz edilib. Lakin zəlzələ bu proqnozun da gerçəkləşməsinə imkan verməyəcək. Türkiyənin 2023-cü ildə büdcə xərclərinin 4 trilyon 470 milyard TL, büdcə gəlirlərinin isə 3 trilyon 810 milyard TL proqnoz edilib. 660 milyard 901 milyon TL isə büdcə kəsiri proqnoz edilib. Bu isə hazırkı kursla 237 milyard dollar xərc, 202 milyard dollar gəlir, 35 milyard dollar kəsr deməkdir.
Rəqəmlərdən göründüyü kimi, dəymiş ziyan 100 milyard dollar olarsa, bu, Türkiyənin ÜDM-nin 12%-ə qədəri deməkdir. Eyni zamanda illik büdcə gəlirlərinin təxminən yarısına, daha dəqiq 49,55%-nə bərabər olacaq. Bu, xərcləri qarşılamaq üçün lazım olan vəsait illik büdcə kəsrini qapatmaq üçün lazım olan vəsaitdən təxminən 3 dəfə çoxdur. Odur ki, dəymiş ziyanı yalnız büdcə vəsaitləri hesabına aradan qaldırmaq mümkün olmayacaq. Hətta büdcə kəsrinin indikindən ortalama daha 20% artırılması belə, bu işlər üçün 12 il zaman tələb edəcək. Buna görə də əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranacaq”.
E.Əmirov hesab edir ki, zəlzələ qardaş ölkənin taleyində hansısa ciddi anlamda dəyişikliyin baş verməsi demək deyil: “Türkiyəni sevməyənlər nəyəsə nail olmaq istəyəcəklər, amma Türkiyə kimi bir dövləti bir zəlzələnin yaratdığı fürsətlə sarsıtmaq mümkün deyil. Sadəcə bu zəlzələ Türkiyəni öz strateji hədəflərində bir neçə il ləngidəcək. Lakin missiya və strategiyanın dəyişməyəcəyi dəqiqdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov da bildirib ki, zəlzələnin Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcəyi gözlənilir.
O qeyd edib ki, ilkin qiymətləndirmələrə görə, zəlzəninin iqtisadi nəticələri aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bu da Türkiyədə iqtisadi artım tempini 2 faiz bənd azalda bilər:
“13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. Ötən il Türkiyə lirəsi dollar qarşısında 30 faizə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85 faiz yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-ci ilə kifayət qədər nikbin gözləntilər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım daha da canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradirdi”.
V.Bayramov əlavə edib ki, gözlənilir ki, Türkiyə zəlzələnin iqtisadi nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər:
“Hazırda xarici borcun ÜDM-ə nisbəti 34.0 faizdir. Beynəlxalq ekspertlər bu rəqəmin ilin sonunda 43.0 faizədək yüksələcəyini gözləyir. Bütün bunlar ilə yanaşı, qardaş Türkiyə belə ağır günləri arxada qoymaq, həmin əraziləri yenidən qurub və bərpa etmək gücünə malikdir”.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Son məlumatlara görə, dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb. (Məlumatlar yenilənir).
Akqabay Mıradov
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO