İqtisadi gündəm
Azərbaycan iqtisadi artımda Gürcüstan və Ermənistandan geri qalacaq: Hansı tələyə düşmüşük?
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Şərq və Qafqaz ölkələrində iqtisadi proqnozlarını açıqlayıb.
Proqnoza görə, 2023-cü ildə bu regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – cəmi 2,5%. Həmin dövrdə Gürcüstanda 5%, Ermənistanda isə 4% iqtisadi artım gözlənilir. Vəziyyət 2024-cü ildə də davam edəcək və regionda ən aşağı iqtisadi artım Azərbaycanda olacaq – cəmi 2,7%. Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozu nə qədər realdı?
Mövzu ilə bağlı Publika.az-danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycan son 10 ildə "orta gəlir" tələsinə düşüb.

“Bunu resurs üzərində qurulmuş iqtisadiyyatın uğursuz sonluğu da hesab etmək olar. Qeyd etdiyim zaman kəsiyində ölkəmizin iqtisadiyyatı çox kiçik, orta hesabla 1-1,2 % ətrafında böyüyüb. Bu, Azərbayaycan kimi gənc və bazar iqtisadiyyatına yeni girmiş ölkə üçün olduqca aşağı göstəricidir. Xüsusilə 2006-2008-ci illərdə böyük artım dinamikası neftin hasilatından qaynaqlandı və müəyyən mənada iqtisadiyyatın baza hissəsi böyüdü. Sonrakı illərdə Azərbaycanın müvafiq imkanları, resursları, iqtisadiyyatın şaxələnməsi, əlavə dəyər yaratma qabiliyyəti geniş olan sahələrə yüksək investisiyaların qoyulması kimi, o cümlədən insan kapitalının inkişafı bu sahədə inavasiyanın tətbiqi sahələrinə yönələ bilmədi”,- o diqqətə çatdırıb.
R.Həsənovun sözlərinə görə, kiçilmə indiki şərtlər daxilində daha çox resurs iqtisadiyyatında müşahidə olunur:
“Nəticə etibarilə 2023-cü il üçün artıq birinci ayın statistikası açıqlandı və göründüyü kimi iqtisadiyyatda 1.5 % kiçilmə qeydə alındı. Bu, daha çox resurs iqtisadiyyatında müşahidə olunur, çünki həmin sahədə 4.5 %-dən artıq geriləmə var. Qeyri-resurs iqtisadiyyatı isə bugünkü artım tempi ilə müvafiq kiçilməni kompensasiya edə bilmir. Ən azından ilk ayın nəticələri bunu göstərir, çünki qeyri-neft iqtisadiyyatında 2.5% böyümə qeydə alınıb. Bu tendensiya, təbii ki, ilin növbəti aylarında müəyyən qədər dəyişəcək.Xüsusən də, qeyri-neft sənayesində müəyyən artımlar neft sahəsində kiçilmənin qismən toparlanması, iqtisadiyyatı pozitiv məcraya gətirib çıxaracaq. Amma bu, dəyişim adambaşına artım göstəricilirədində də özünü daha ciddi şəkildə əks etdirəcək”.
İqtisadçı hesab edir ki, hökumətin bu günə qədər davam etdirdiyi iqtisadi-siyasətin fundamental əsaslarını dəyişməyə meyilli olmaması burada qaynaqlanan əsas problem kimi özünü göstərir: “Problem dövlət proqramlarında, o cümlədən 2023-2026-cı illər sosial iqtisadi strategiyasında da görünür. Status-kvonun davam etməsi Azərbaycan iqtisadiyyatının böyümə prossesini çətinləşdirir. Ümid edirəm ki, növbəti illərdə daha rasional qərarların qəbul edilməsi ilə bağlı mövqe görəcəyik”.
Ayşən Rəhim
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq

























.jpg)











