İqtisadi gündəm
ABŞ-da banklar çökür: Azərbaycanı gözləyən təhlükə
Xəbər verdiyimiz kimi, martın 11-də Kaliforniyada “Silicon Valley Bank” (böyük Silikon Vadisi Bankı) bağlanıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğudur. Daha sonra məlum olub ki, Nyu York “Signature Bank”ı da sistem riskləri səbəbindən bağlanıb.
ABŞ rəsmilərinin SVB-nın qəfil müflisləşməsi ilə bağlı hərəkətə keçməsindən sonra dollar kəskin ucuzlaşıb. Ardınca indi investorlar FED-in sərt pul siyasətinin (faizləri artırmasının) əvvəllər proqnozlaşdırdıqlarından daha az aqressiv olacağını gözləyirlər.
Dünyanın ən aparıcı ölkəsində bir-birinin ardınca müflisləşən bankların qeydə alınması dünya maliyyə sisteminə, o cümlədən Azərbaycan bank sisteminə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, Amerikanın inflyasiyanı cilovlamaq üçün apardığı sərt humanitar siyasət banklara da öz mənfi təsirini göstərir.

“Bu sərt siyasətin kökündə duran məqsədləri iqtisadiyyatın boğulması ilə inflyasiyanın cilovlanması, pul kütləsinin bir növ həcminin daraldılması, inflyasiya genişlənməsinin qarşısını almağa xidmət edir. Prinsip etibarilə bu nəzəriyyə özünü doğruldur. ABŞ da bu istiqamətdə addımlar atmaqdadır, amma nəticə ona gətirib çıxarır ki, iqtisadiyyatın daralması müxtəlif sektorlara, o cümlədən bank sektoruna da təsirini göstərir”.
İqtisadçı hesab edir ki, yaxın müddətdə daha bir neçə bank da müflisləşəcək: “Bu, ciddi bir siqnaldır. Dünyanın ən aparıcı ölkəsinin bank sektorunda bu formada problemin yaşanması mütləq şəkildə digər ölkələrə də təsirini göstərəcək”.
Azərbaycana təsirinə gəlincə, E.Əmirov qeyd edib k, hazırkı situasiya Azərbaycan üçün bir o qədər qorxulu deyil.
“Azərbaycanda prosseslər daha çox inzibati metodlarla tənzimləndiyi üçün hesab edirəm ki, ölkəmizə birbaşa təsirləri yaxın müddətdə olmayacaq.
Ona görə ki, Azərbaycan beynəlxalq iqtisadi aləmdə baş verənlərdən daha çox yalnız daxili konyekturaya fokuslanır. Manatın məzənnə stabilliyi 2023-cü ildə qorunub saxlanacaq. Sadəcə bankların sürətli şəkildə bağlanması iqtisadi böhranı dərinləşdirə, o da, nəticədə neft qiymətlərini azalda bilər.
Neft qiymətlərinin azalması isə büdcənin icrası və qarşıya qoyulan məqsədlərin icrası üçün real risk yarada bilər.
Xoşbəxtlikdən, biz daha ehtiyatlı yanaşıb, risk amillərini nəzərə almışıq və neftin qiymətini 50 dollardan götürmüşük. Əgər prosses uzunmüddətli davam edərsə, o zaman bu, Azərbaycana da təsirini göstərə bilər”, - deyə o deyib.
Ayşən Rəhim
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi







































