İqtisadi gündəm
Avro bahalaşdı, manat dəyər itirir - Dolları nə gözləyir?
Avronun dollara nisbətən kursu yenidən yüksəlib.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib.
O bildirib ki, Avrozona və xüsusən də Almaniya iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər avronun məzənnəsini möhkəmləndirib:
“Almaniyada iqtisadi artım, məşğulluq və eləcə də inflyasiya ilə bağlı göstəricilər son 12 ayda ən yaxşı hesab olunur. Avrozonada istehsalçı qiymət indeksi (PPİ) də aylıq müqayisədə 0.5 faizədək azalıb. Digər tərəfdən, ABŞ iqtisadiyyatı da rüblük hədəflərə tam nail ola bilmir. FED-in uçot dərəcəsi artımları istehlak bazarındakı qiymətləri optimal həddə saxlamaq üçün hələlik yetərli deyil. Əksinə, kredit bazarında kəskin bahalaşma müşahidə olunur”.

V.Bayramov qeyd edib ki, dolların beynəlxalq ticarətdə payının azaldılması ilə bağlı səylər də güclənməkdədir:
“Çin və Braziliya qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı danışıqları intensivləşdirərək ABŞ pulunun sövdələşmələrdə payının azaldılması istiqamətdə real addımlar atır. Rusiya tarixində ilk dəfə olaraq aylıq ticarət dövriyyəsində Çin valyutası dolları üstələyib. Mart ayında da bu tendensiya davam edib”.
Ekspertin sözlərinə görə, manat da avroya nisbətən dəyər itirməkdədir:
“Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, son 1 ayda manat avroya nisbətən 4.0 faizə yaxın ucuzlaşıb. Son yarım ildə isə manat avroya nisbətən 10.0 faiz dəyər itirib. Milli valyutamızın Avropa puluna nisbətən ucuzlaşması avronun dollara nisbətən kursundakı dəyişikliklər ilə bağlıdır. Belə ki, manatın dollara nisbətən birbaşa, avroya nisbətən isə çarpaz məzənnəsi müəyyənləşir. Avro dollara nisbətən dəyər qazanan zaman manat da Avropa puluna nisbətən ucuzlaşır”.
Millət vəkili əlavə edib ki, avronun möhkəmlənməsi Avropadan idxal edilən malların manat ifadəsində xərcinin artmasına səbəb ola bilər: “Hələlik bu məhsullarda hissedilən qiymət artımları müşahidə olunmasa da avro güclənməkdə davam edərsə Avropa malları dünya bazarında bahalaşacaq”.
Akqabay
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO



























.jpg)










