İqtisadi gündəm
Xəbərdarlıq edildi: Tikinti materialları kəskin bahalaşacaq
Rusiyada tikinti materiallarının qiymətləri 17%-dən 32%-ə yüksələcək.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, daşqından zərər çəkmiş rayonlarda, eləcə də ölkənin yeni ərazilərində metal konstruksiyalar, sement və alçıpanlara ehtiyac olduğu üçün yazın sonuna qədər qiymət artacaq.
Maksimum qiymət artımı Tatarıstan, Krasnodar diyarı, Sankt-Peterburq, Moskva, Leninqrad, Novosibirsk və Sverdlovsk vilayətlərində gözlənilir.
Ən çox bahalaşan məşhur M400 və M500 markalarının sementi olacaq. Proqnozlara görə, yayda bir tonun dəyəri 10 000 rublu (təxminən 181 manat) keçəcək. 2024-cü ilin əvvəlindən sement istehsalının həcmi 6% artıb, lakin ekspertlərin fikrincə, bu, topdansatış qiyməti saxlamaq üçün kifayət deyil. Bundan əlavə, sementə artan tələbat var.
Qiymət artımı baxımından ikinci yeri binaların tikintisində istifadə olunan nəmə davamlı alçıpan tutacaq. İndi bir təbəqənin topdansatış qiyməti təxminən 400 rubl (təxminən 7 manat) təşkil edir. Yayda bu, 20%-ə qədər artacaq.
Fitinqlər və profillər də bahalaşacaq. “Mash” teleqram kanalı yazır ki, yayın əvvəlinə bir tonun qiyməti 30 min rublu (təxminən 542 manat) keçəcək.
Murad
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
