İqtisadi gündəm
Hesablama Palatası məlumat yaydı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir.
Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, Palata “Büdcə sistemi haqqında” qanunun tələbinə uyğun olaraq Fondun funksional, o cümlədən investisiya üzrə maliyyə fəaliyyətini əks etdirəcək hesabatlılığın hazırlanaraq qəbul edilməsini, aidiyyatı üzrə təqdim ediləcək məlumatın vahidliyini və şəffaflığını təminetmə baxımından zəruri hesab edir.
Fondun büdcə qanununda ilin sonuna qalan vəsaitin növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və investisiyaya yönəldilməsinə dair maddə nəzərdə tutulub ki, bu da həmin istiqamətdə fəaliyyətin tənzimlənməsinə dair hüquqi aktların ötən ilin II yarısından qüvvəyə minməsi, bu istiqamətdə fəaliyyətin təşkil olunması ilə bağlıdır. Ölkə Prezidentinin 17 aprel 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” ilə göstərilən istiqamətdə fəaliyyət tənzimlənir. Bu qaydalarla sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsinin, investisiya gəlirlərinin, onun istifadə olunmamış qalığının və xərclərin uçotunun ayrıca aparıldığı göstərilib. Ümumilikdə Qaydalar investisiya fəaliyyətinin əsas istiqamətlərini tənzimləsə də, bu istiqamətdə göstəricilərin büdcə qanunlarında əks etdirilməsi məsələsi hüquqi aktlarla tənzimlənməyib. Bu isə, göstərilən sahədə fəaliyyətlə bağlı qanun layihəsində hər hansı göstəricinin əks olunmaması ilə nəticələnib.
“Əmək pensiyaları haqqında” qanunda 2017-ci ildə edilmiş dəyişikliklə “sosial sığorta ehtiyatı” anlayışı tətbiq edilməkdədir. Analoji yanaşmanın işsizlikdə sığorta sisteminə münasibətdə nəzərdə tutulmaması ilin sonuna istifadə olunmamış vəsaitin ehtiyat kimi deyil, sadəcə qalıq kimi nəzərə alınması ilə nəticələnir", - deyə Rəydə qeyd olunub.
-
Magazin107:15Xanımına mağaza açdı, avotomobil aldı
-
Nida Xəbər 02:00Azərbaycan XİN-dən Monteneqronun viza qərarına REAKSİYA
-
Qoroskop01:40Günün ulduz falı: Mehriban olmağınız sizə yeni qapılar açacaq
-
ABŞ29 Dekabr 21:45Milyonlarla insan "bomba siklonu"na hazırlaşır
-
Magazin229 Dekabr 21:31Beyons milyarder oldu
-
Hadisə29 Dekabr 20:40İşdən çıxarılan icra başçısı özəl şirkətlərdən pul yığırmış - 100-200 min manat
-
İdman29 Dekabr 20:28Coşuanın düşdüyü dəhşətli qəzanın təfərrüatı: Yanında oturan dərhal ölüb - VİDEO
-
Nəqliyyat29 Dekabr 19:45Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...







.jpg)






.jpg)

.jpg)














.jpg)







