Dünya
Əməliyyatdan sonra qəribə hadisə: İki ildir insanları pişik sifətində görür
ABŞ-da yaşayan 28 yaşlı Karl beyin əməliyyatından sonra nadir görmə pozğunluğu ilə üzləşib. O, artıq iki ildir insanların üzünə baxarkən ev heyvanı olan Luna adlı pişiyinin üz cizgilərini görür.
Publika.az xəbər verir ki, bu barədə “Cortex" jurnalı məlumat yayıb.
Bildirilib ki, Karl beyində qanaxmaya səbəb ola biləcək arteriovenoz malformasiyanın (damar anomaliyasının) çıxarılması üçün əməliyyat keçirib. Qeyri-adi simptomlar da məhz bundan sonra başlayıb.
Hadisə Dartmut Kollecinin alimləri tərəfindən araşdırılıb. Mütəxəssislər Karlın yaşadığı vəziyyəti üz qavrayışının pozulması ilə xarakterizə olunan prosopometamorfoziya ilə əlaqələndirirlər. Alimlərin fikrincə, əməliyyat zamanı beynin üzlərin tanınmasında mühüm rol oynayan sağ gicgah payının bir hissəsinin çıxarılması bu vəziyyətə təsir göstərmiş ola bilər.
Araşdırmanın müəlliflərindən olan psixoloq Bred Düşeyn bildirib ki, Karlın insanlarda pişik, pişiyində isə insan cizgilərini görməsi yaddaşda saxlanılan xüsusiyyətlərin ani vizual qavrayışa təsir edə bildiyini göstərir.
Tədqiqatçılar bu cür nadir qavrayış pozğunluqlarının daha dərindən öyrənilməsi üçün əlavə araşdırmalara və süni intellekt texnologiyalarından istifadəyə ehtiyac olduğunu vurğulayırlar.
Müəllif: Roza
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi





































