Nida Xəbər
“Əvvəl alma-çörək yeyirdim, indi kürü...”
Nadir Qafarzadə özünü yaxşı hiss etmədiyini və həyatı dəyişməsindən yorulduğunu etiraf edib.
Publika.az axşam.az-a istinadla xəbər verir ki, o bəzən nə qədər haqlı olsa da, ətrafındakı insanların həqiqəti qəbul etmək istəmədiyi rəyindədir:
“Özümü heç yaxşı hiss etmirəm. Bir az yüklənmişəm. Düşünürəm, bəlkə, taqətdən düşürəm. Ətrafımdakılara baxıram, görürəm ki, cəmiyyətdən, işdən yorulublar. Deyirəm, mənim bəlli yaşım var, sizin 20-25. Sizin yaşda olanda qaynayırdım.
İnsan səni başa düşməyəndə özünə qapanırsan ki, görəsən, nəyi düz etmədim? Bəzən ətrafındakılar həqiqəti qəbul etmir. Hətta düz olsan da, bəzən həqiqəti deməməlisən”.
Müğənninin fikrincə, insanları yaxşılığı hər zaman dəyərləndirmir:
“Avtomobil saxlayanda nəzarətçiyə 1 manat olsa da verirəm. Çox vermək də olmaz. Pis öyrəşdirirsən. Bizim manatımız olanda da şükr edirdik. Deyirdik, çörək almağa pulumuz var, kiməsə ağız açmayacağam. O qədər yavan çörək, alma-çörək yemişəm. Elə qəşəng olur. İmkan olmayıb, yemişəm. Bu gün kürü də yeyirəm, amma həmin ləzzət yoxdur. Onu yeyəndə anam yanımda idi. Qarnımı doyduran ana sevgisi idi”.
N.Qafarzadə müasir dövrdə insanların telefonlara həddindən artıq bağlanmasından da gileylənib. O bildirib ki, əvvəlki səmimi münasibətlər, qonaq gedib-gəlmək ənənəsi getdikcə arxa plana keçir:
“İndi bizi telefon yadlaşdırıb. Əvvəl qonaq gedirdik. İndi hər şeyi telefonla edirik. Həyat maraqsız olur”.
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi



































